23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İcbari tibbi sığorta mövzusunda ictimai müzakirə keçirilib-Sumqayıtda

 İcbari tibbi sığorta mövzusunda ictimai müzakirə keçirilib-Sumqayıtda

Avqustun 29-da Sumqayıt şəhər Gənclər Evində dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri və media nümayəndələri iştirakı ilə icbari tibbi sığorta ilə bağlı ictimai müzakirə keçirilib.

YeniZamantv.az xəbər verir ki,Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi Olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” ictimai birliyinin həyata keçirdiyi “Sumqayıt şəhəri və ətraf rayonlarda İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi ilə bağlı Ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan “Əlilliyi Olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri, Səbinə Kərimova bildirib ki, layihə üzrə tədbirlər Sumqayıt şəhəri ilə yanaşı Xızı rayonunda da keçirilməsi planlaşdırılır.

“Layihənin əsas məqsədi Sumqayıt və yaxın regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi, onların icbari tibbi sığortaya əlçatanlığının təmin olunmasına yardımçı olmaq, iİcbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası barədə məlumatlandırmaqdır.”

 

Səbinə Kərimova qeyd edib ki, əhalinin sağlamlığının qorunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etmək üçün 1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə etməyə başlayıb. “Artıq üç ilə yaxındır ki, ölkəmizdə İTS fəaliyyət göstərir, lakin bəzi hallarda əhalinin bu barədə tam məlumatı olmadığı üçün dövlətin yaratdığı bu xidmətdən yararlanmırlar.”
Təşkilat sədri vurğulayıb ki, dövlətimiz tərəfindən icbari tibbi sığortanın tətbiqi, vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşması istiqamətində davamlı işlər həyata keçirilir.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov layihənin əhəmiyyətli olduğunu və əhalinin bu barədə məlumatlanmasını vacib olduğunu bildirib.

 

 

Daha sonra İcbari Tibbi Sığorta Agentliyinin eksperti Sevil Əliyeva “icbari tibbi sığorta nədir?”, “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər”, “Göndərişlərin verilmə qaydası”, “İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası” barəsində təqdimatla çıxış edib.

 

Tədbir müzakirələrlə davam edib.

 

           

Paylaşın:

Digər yazılar