23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Tehrandakı səfirliyimizlə bağlı İrandan açıqlama

 Tehrandakı səfirliyimizlə bağlı İrandan açıqlama

İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyinə və əməkdaşların qayıdacaqlarına ümid edir.

YeniZamantv.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, son zamanlar qarşılıqlı görüşlər və danışıqlar baş tutub. Hər iki ölkənin xarici işlər nazirləri telefon əlaqəsi saxlayıblar və geniş fikir mübadiləsi aparıblar.

“Həyata keçirilən tədbirlər uğurla başa çatdıqdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin bərpa olunacağına ümid edirik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb. Qatil həbs olunub, məhkəmə araşdırması aparılır. \ Axar.az\

Paylaşın:

Digər yazılar