23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

  Qırılan talelər-Reportaj

   Qırılan talelər-Reportaj

  Belə bir deyim var, heç kim , heç nədən sığortalanmayıb. Zaman keçdikcə bizlər də bunu yaşayaraq, şahidi oluruq. Amma bəzən Tanrının yazısı adlandıraraq, bəzən öz səhlənkarlığımız, bəzən də özümüzə olan etinasızlığımız gətirib səni çıxılmaz duruma salır. İçkili vəziyyətdə maşına oturan hər kəs bilməlidir ki, qəza törədə bilər. Ya da yüksək sürətlə maşın sürmək də faciə ilə tamamlanır və belələri özlərinə haqq qazandırırlar. Adi bir kəlmə sözü də sinirməyib kiminsə ömrünü kəsənlər də var. Var ki, var…

Onlardan çox verilişlər hazırlamışam.Dəmir qapıların , tikanlı məftillarin o üzündəki həyat hekayələrini dinlədikcə, günlərlə gözümə yuxu da getməyib…

Amma bu dəfə fərqli bir mövzunu qələmə almaq istədim. Həmin o divarın bu üzündəki məhkum ailələrinin doğmaları ilə görüşmək arzusunu reallaşdırdım.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinin qarşısındayam. Burada saçı ağarmış analar, beli bükülmüş atalar, cavan gəlinlər, balaca uşaqlar da var. Onların bəziləri ilə ünsiyyət qurmağa çalışıram. Biri övladının, digəri qardaşının, daha o biri həyat yoldaşının yanına  görüşə gəlib.

                                                                                 …səhəri diri gözlə açıram…

İlk söhbət etdiyim ana deyir, bu yolları 10 ildi gəlib-gedirəm. Bilirəm, oğlum o zəhrimardan qurtara bilməyəcək. Cəzasını çəkənə qədər söz verib dəfələrlə çıxıb , yenə eyni yolu seçib… başqa övladlarım da var. Deyirlər yorulduq, düzələn deyil, getmə yanına… evdə qarşıma yemək qoyanda yadıma düşür, səhəri diri gözlə açıram, bir də görürəm buradayam… Özü də artıq bezib dustaq həyatından.

Deyir elə bilmə bizə burada qayğı göstərilmir. Vaxtı-vaxtında istirahət, yemək, idman, kitabxana , kompyuter otağı ixtiyarımızdadır. Ana, o gün televizorda baxıram, maşallah qəhrəman övladlarımız 23 saat 47 dəqiqəyə antiterror tədbiri keçiriblər. Bilirsən o sırada necə olmaq istəyirəm… Allah şəhidlərimizə rəhmət etsin, söz ,  onların qisasını almaq hər bir Azərbaycan kişisinin borcudur! Bura psixoloqlar gəlir, bizimlə məşğul olurlar. Evdə də müalicəmi belə davam etdirəcəm.

 

                                                                                     Ailəm ona görə dağıldı…

Atam – anam qardaşımın dərdindən vəfat edəndən sonra yanına mən gedib-gəlməyə başladım. Kiçik bir incikliyə, sözə görə adam öldürmüşdü. Günah öləndə olsa da, söyüş söysə də gərək  səbrini basaydı. Ailəmdə bu məsələyə görə narazılıqlar yaranırdı. Növbəti dəfə qardaşımın yanından qayıdanda  gördüm əşyalarımı həyət qapısının yanına yığıblar.Üç uşağımı illərlə mənə göstərmədilər. O vaxta qədər ki, qaynanam, həyat yoldaşım avtomobil qəzasında həlak oldular.

Qardaşımın bir neçə ayı qalıb, evimizə dönəcək. Deyir burada kompyuterlə işləməyi tam öyrənmişəm. Bilirəm ki, evə dönəndə çörəyimiz olacaq.

 

                                                                                        Atamı istəyirəm

Növbəti müsahibim cavan bir gəlindir. İki uşağı ilə həyat yoldaşının yanına gəlib. Deyir həyat yoldaşım dostunun güdazına gedib. Böyük məbləğdə krediti onun adına götürüb. Yoldaşımın yaxşı işi, maaşı vardı. Guya bahalı bir iş başlayacaqlarıymışlar. Pul bankdan çıxarılır. Dost işi başlamaq  adı ilə pulları götürür, bir də xəbər çıxır ki, “ dost” Almaniyadadır.Borc da yoldaşımın boynunda qaldı. Məhkəmələr, uzun çəkişmələr… yoldaşımı da işdən çıxardılar. Evimizi satsaq da krediti bağlaya bilmədi. Adı da cəmiyyətdə pisə çıxdı. İndi kirayələrdə qalırıq.

Oğlan uşağı ağlayır.Atamı istəyirəm… Bəs dedin atam bu gün bizimlə gedəcək…

Cavan gəlin deyir, həyat yoldaşım buranın şəraitindən çox razılıq edir. Yeməkxana , burada bişirilən qara çörək, bəlkə də beləsini hazırlaya bilmirlər. Camaşır otağı, duş kabina, ideal təmizlik var. Dustaqların səhhətlərində narahatlıq yaranarsa, dərhal həkimlə təmin olunurlar. Burada inanclı insanlar üçün xüsusi otaq var. Həyat yoldaşım namaza başlayıb. Həyata baxışı tamam başqadır. Oğlumuzun hərbiçi olmasını istəyir. Deyir məhbus həyatı mənə imkan vermədi vətən borcunu yerinə yetirsin. Oğlum qırılan taleyimi davam etdirsin!

Uşaq yenə ağlayır, atamı istəyirəm… Bəs dedin atam bu gün bizimlə gedəcək…

 Bəli, hansı gözəl, yüksək şərait yaradılsa belə azadlığınızın qədrini bilin. “Nə ananız, nə bacınız, nə övladınız mən oğlumu, qardaşımı, yoldaşımı, atamı istəyirəm” deməsinlər.

Mən isə “Allah qapılarını açsın” deyərək ayrılıram. Azadlıqdan gözəl heç nə ola bilməz!

 

Mətanət Əsgərqızı

  YeniZamantv.az

 

Paylaşın:

Digər yazılar