23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Biz nəhayət 200 illik münaqişənin sonuna gəldik

 Biz nəhayət 200 illik münaqişənin sonuna gəldik

Azərbaycan Prezidentinin köməkçisi – Dövlət başçısı Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın “BBC News” yayım korporasiyasına Qarabağ bölgəsindəki hazırkı vəziyyəti şərh edib.

“Biz, həqiqətən də, təəssüf edirik ki, mülki əhalinin əksəriyyəti (Azərbaycanın Qarabağ bölgəsinin – red.) getmək qərarına gəlib. Təbii ki, bu halda biz seçim və hərəkət azadlığına hörmət edirik. Yerli əhalinin əksəriyyəti azərbaycanlılara qarşı etnik nifrət hissi yaşayır. Onlar deyirlər ki, Azərbaycan bayrağı altında yaşaya bilməzlər”, – deyə H.Hacıyev bildirib.

“Bu, münaqişənin 30 illik tarixinin bir növ sonudurmu?” sualına Hikmət Hacıyev belə cavab verib:
“Ümid edirik ki, belədir. Biz nəhayət 200 illik münaqişənin sonuna gəldik. Azərbaycan sülh istəyir”.

Paylaşın:

Digər yazılar