09.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT Koalisiyasının üzvləri Şəkidə olublar

 QHT Koalisiyasının üzvləri Şəkidə olublar
25.10.2023- cü il tarixində “Sağlamlığa Xidmət” İctimai birliyi “Azərbaycanda vərəmin təsirinə məruz qalmış insanlara qarşı stiqmanın qiymətləndirilməsi” tədqiqat layihəsi çərçivəsində növbəti tədbirini Şəki RMX, PHŞ-ində keçirib.
İcra olunan layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vətəndaş cəmiyyəti və vərəmin təsirinə məruz qalmış icmanın iştirakı ilə vərəmli şəxslərin yaşadığı stiqma və diskriminasiya haqqında məlumat toplamaqdır.
Tədbirdə Sağlamlığa Xidmət İctimai birliyinin direktor müavini Samirə Muxtarova, Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri Cəmilə Çingiz qızı, Səbinə Kərimova və Amal Allahverdiyev iştirak ediblər.
İlk olaraq Koalisiyanın üzvləri Şəki RMX, PHŞ-in direktoru Arzu İlyaslı ilə görüşüb, tədbirin məqsədi barəsində məlumat veriblər.
Tədbir zamanı həkim Samirə Muxtarova çıxış edərək, tədbir iştirakçılarını salamlayıb, tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan TƏBİB- İin rəhbərliyinə, Şəki RMX, PHŞ-in direktoruna minnətdarlığını bildirib. Daha sonra vərəmə yönəlik stiqma barəsində ətraflı məlumat verərək, “vərəmin təsirinə məruz qalmış şəxslərə qarşı stiqmanın qiymətləndirilməsi” anket sorğusunun doldurulması prosesini izah edib. Eyni zamanda Koalisiya üzvlərinin iştirakı ilə anket sorğunun doldurulması prosesi icra olunub.
Tədbir interaktiv şəkildə keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edim ki, Şəki RMX, PHŞ-ində keçirilən anket sorğunun doldurulması prosesində 26 nəfər vərəmin təsirinə məruz qalmış şəxslər iştirak ediblər.
“Saglamliga Khidmat” Public
Vərəm əleyhinə QHT Koalisiyasının üzvü Səbinə Kərimova 
                   
Paylaşın:

Digər yazılar