20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Mingəçevirdə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

 Mingəçevirdə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov özünüməşğulluq proqramı çərçivəsində Mingəçevir şəhər sakinləri Leyla Ağalarova və Vətən müharibəsi iştirakçısı Sadiq Paşayev üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

L.Ağalarova un məmulatları istehsalı, S.Paşayev isə kiçik foto atelye xidməti üzrə aktivlərlə təmin olunublar. Hər iki proqram iştirakçısı verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə səy göstərdiklərini bildiriblər.

Onlar kiçik biznes sahələrini yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 9 ayında 255,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.  Onlardan 13,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunaraq, kiçik təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təmin edilib.

Paylaşın:

Digər yazılar