12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Qarabağla bağlı Denver planı: 1997-ci ildəki razılıq necə pozulub? – Şok faktlar

 Qarabağla bağlı Denver planı: 1997-ci ildəki razılıq necə pozulub? – Şok faktlar

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Tofiq müəllim, ABŞ-ın Azərbaycan qarşı kəskin ritorikada danışması nədən qaynaqlanır? Regionda baş verən geosiyasi toqquşmalarda Azərbaycanı hədəf almaqla Vaşinqton nəyə nail olmaq istəyir?

– ABŞ-ın indiki halda bu cür mövqedən çıxış etməsi heç də birbaşa Azərbaycana qarşı yönəlməyib. Həmçinin Azərbaycanın davranışları ilə bağlı burada heç bir president yoxdur. Çünki “907-ci” düzəliş Azərbaycan torpaqları işğal altında olanda da qüvvədə idi. Bu gün də onu gündəmdə saxlayıblar. Azərbaycanın nə etməsindən asılı olmayaraq bu, ABŞ-ın real münasibətini əks etdirir.

Amerika Rusiyanı bu bölgədən çıxartmaq üçün belə addımlar atır. Avropa İttifaqı rəsmisi Cozef Borrelin, ABŞ təmsilçilərini bəyanatları eyini məqsəd daşıyır. Sadəcə, ermənilərə xoş gəlmək, onları Rusiyadan uzaqlaşdırmaq üçün belə gedişlər edilir.

– Amma ABŞ-ın təzyiqləri real olaraq Azərbaycana yönəlib. Zərbə bizə dəyirsə, buna necə loyal yanaşmaq olar?

– Buna çox da önəm vermək lazım deyil. Real olaraq ABŞ-ın bu yanaşmaları heç nəyi ifadə etmir.

Azərbaycan indiyə kimi ABŞ-dan silah almayıb. Eyni zamanda Vaşinqton Azərbaycana heç bir köməklik etməyib. Nəsə olubsa bunu cüzi, özlərinə sərf edən şəkildə ediblər. ABŞ dövlət başçısının müavininin köməkçisinin verdiyi bəyanata bu qədər önəm verməyə dəyməz. Vaxtilə Denver bəyanatı (1997-ci il iyulun 20-də Denver şəhərində Rusiya, ABŞ və Fransa Prezidentlərinin Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edilməsinə kömək etmək barədə birgə bəyanatı) imzalamışdılar. Amma bundan sonra heç nə baş vermədi.

Fakt odur ki, ABŞ prezidenti səviyyəsində verilən bəyanatla heç bir nəticə əldə edilməyib. Ona görə də, ABŞ rəsmisinin indiki halda bu bəyanatı da heç bir mahiyyət kəsb etmir.

– “907-ci” düzəliş ətrafındakı manipuliyasiya nəyə hesablanıb?

– ABŞ 2004-cü ildə “907-cü” düzəlişlə müqayisədə Ermənistana tətbiq edilən qadağanı səssiz-küysüz götürüb. Ona görə də, Amerikanın indiki halda Azərbaycandan ermənilərin buradan necə çıxdığı ilə bağlı nəsə deməsi mənasızdır.

Azərbaycanla Ermənistan sərhədində boş qalan kəndlər vardı ki, həmin ermənilər ora yerləşdirilib. Vaxtilə də həmin ərazilərdən azərbaycanlılar zorla qovulmuşdu.

– Amerikanın qısa zamanda mövqeyində hansısa korrektələrin olacağı iddiaları da səslənir…

– Mərkəzi Asiya ilə bağlı ABŞ-ın siyasəti fərqlidir. Azərbaycanın və Türkiyənin dəstəyi olmasa bu mümkün deyil. Coğrafi baxımdan ABŞ-ın bu iki ölkəyə ehtiyacı var. ABŞ-ın indiki davranışları müvəqqəti təxribat və təbliğat üçündür. Ermənilər Rusiyanın buradan çıxarılmasına sevinirsə, icazə vermək lazımdır ki, daha çox sevinc yaşasınlar.

– Zəngəzur dəhlizi ilə bağlı ABŞ-ın birtərəfli mövqeyi var. Rusiyanın imza atdığı bir layihəni Vaşinqton necə reallaşdıracaq?

– Dəhliz Azərbaycan üçün olduqca önəmlidir. Rusiya da bunu istəyir. Görünən odur ki, Qərbdən ötrü bu dəhliz daha vacibdir. Mərkəzi Asiyada hansısa siyasəti həyata keçirmək üçün Qərb mütləq Türk Dövlətləri Təşkilatının mövqeyinə uyğun addımlar atmalıdır. Bu, qaçılmaz bir reallıqdır.

Paylaşın:

Digər yazılar