10.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycanın beynəlxalq antikorrupsiya fəaliyyətinə töhfələri yüksək qiymətləndirilir

 Azərbaycanın beynəlxalq antikorrupsiya fəaliyyətinə töhfələri yüksək qiymətləndirilir

Korrupsiyaya qarşı qlobal mübarizədə dünyanın 100-dən çox dövlətini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) dekabrın 4-də videoformatda İcraiyyə Komitəsinin iclası və Ümumi Yığıncağı keçirilib.

YeniZamantv.az xəbər verir ki, ölkəmiz bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verərək dövlət başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq IAACA-nın həmtəsisçilərindən biri olmaqla onun işində daim fəal iştirak edir, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov qurumun vitse-prezidenti və Şərqi Avropa regionu üzrə koordinatorudur.

Keçirilən tədbirlərdə təşkilati məsələlər, IAACA-nın gələcək fəaliyyəti, Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması, yeni üzvlərin qəbulu, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq məsələləri müzakirə olunub, Assosiasiyanın korrupsiyaya qarşı mübarizə sahəsində il ərzində həyata keçirdiyi tədbirlərə dair təqdimatlar nümayiş etdirilib.

Azərbaycanın IAACA-nın işində fəallığı və verdiyi töhfələr, o cümlədən ölkəmizin səyləri nəticəsində Assosiasiyanın coğrafiyasının genişlənməsi, beynəlxalq aləmdə böyük marağa səbəb olan vebinarın təşkili və bu ərəfədə antikorrupsiya sahəsində innovativ yanaşmaya dair Azərbaycanın brendi olan və dövlət başçımızın təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” təcrübəsinin IAACA-nın internet portalında maraqlı təqdimatı və digər tədbirləri yüksək qiymətləndirilib.

Eyni zamanda Assosiasiyanın rəhbərliyinin yeni seçkisi keçirilib və Honq-Konqun Korrupsiyaya qarşı Müstəqil Komissiyasının (ICAC) sədri Deni Vu IAACA-nın prezidenti seçilib.

Dünyanın ilk antikorrupsiya qurumlarından olan ICAC-ın gələn il 50 illiyi münasibətilə yubiley tədbirləri çərçivəsində beynəlxalq simpoziumun və Assosiasiyanın illik konfransının, həmçinin Beynəlxalq Antikorrupsiya Akademiyasının açılışının nəzərdə tutulduğu bildirilərək F.Məmmədov qurumun vitse-prezidenti kimi həmin tədbirlərə əsas məruzəçi qismində dəvət edilib.

Ədliyyə naziri iclaslarda çıxış edərək IAACA-nın qlobal antikorrupsiya mübarizəsində mühüm rolunu vurğulayıb, ölkəmizin Şərqi Avropa regionunda IAACA-nın işini əlaqələndirdiyini, beynəlxalq tərəfdaşlarla birgə tədbirlərin təşkilini, ikitərəfli görüşlərdə və forumlarda, habelə sosial mediada Assosiasiyanın təşviqinin davam etdirildiyini qeyd edib, təşkilatın inkişafına bundan sonra da öz səylərini əsirgəməyəcəyini bildirib.

Tədbirlərdə Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun aidiyyəti məsul nümayəndələri iştirak ediblər.

Paylaşın:

Digər yazılar