20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Bu məsələ pul qazanmaq üçün alət olmamalıydı…tır sürücüsünü kim dəvət edib?-QALMAQAL

 Bu məsələ pul qazanmaq üçün alət olmamalıydı…tır sürücüsünü  kim dəvət edib?-QALMAQAL
DİQQƏT!Vacib məsələ!
Bəli, bu gün ölkəmiz üçün vacib məsələlərdən biri mina təhlükəsidir. Ölkə rəhbəri bu məsələyə xüsusi diqqət yetirir, beynəlxalq təşkilatlara müraciətlər edir. Çünki 1991-ci ildən indiyə kimi Azərbaycanın 3415 nəfər mina qurbanı olub. Onlardan 357 nəfər uşaq və yeniyetmə, 38 nəfər isə qadındır.
Azərbaycanda mina qurbanları əsasən, mülki şəxslərdir. 10 noyabr 2020-ci il tarixindən 3 noyabr 2023-cü ilə tarixinə qədər 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 107 mülki şəxs isə yaralanıb.Həmçinin bu dövr ərzində 15 hərbçi mina partlaması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumundan söhbət gedir. Nəhayət qonaqlarınızdan birini qərarlaşdırın , yazıçı- publisistdi, anama mütəxəssisidir, tır sürücüsüdür, hansındandır? Hərəniz ölkəyə adamı bir adla gətirirsiz.Mətbuatda da o boyda beynəlxalq tədbirin qonaqlarının adlarına heç rast gəlmədim. Niyə məxfi saxlayırsız??? Heç forumda qonaqlara söz də verməmisiz. Dərdimiz xarici auditoriyaya baş verənləri çatdırmaq olmalıdır. Onların da dili açılsın, dərdimizə şərik olsunlar. Yoxsa yedilər, içdilər, getdilər, ölkələrində də bir kəlmə təbliğat aparmadılar. Özünüz çalıb, özünüz oxumusuz, neynək, o üçü birində adamın yanımızda ola bilməsi əladır. Amma mina mütəxəssisi kimi də Ağdama aparanda bir minanı zərərsizləşdirməyi tapşırın, deyim oğulsuz. Hər məsələdə pul qazanmayın da, olmaz??? Bu məsələ pul qazanmaq üçün alət olmamalıydı…Hələliksə dövlətin bu qədər pulunun göyə sovrulması, tender oyunları ayağınıza yazılır.Kef edin!!!
 Mənə bir neçə şəkil göndərdilər. O şəkillərdə bayaq qeyd etdiyim üçü birində olan şəxs barədə məlumatlar var. Vallah ayıbdı, dövləti belə soymaq, aldatmaq olmaz. Yəni təqdim etdiyim sənədlərdə görün nə oyunlar gedib…
                 Mətanət Əsgərqızı
Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri
Paylaşın:

Digər yazılar