07.04.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Araşdırma

Cəmiyyət

Sosial

Ekologiya

Günün mövzusu

QHT

Siyasət

Sosial

Günün mövzusu

Araşdırma

Günün mövzusu

Günün mövzusu

Araşdırma

Cəmiyyət

Sosial

Ekologiya

Günün mövzusu

QHT

Siyasət

Sosial

İctimai birlik rəhbərindən TƏBİB-ə şok ittiham

 İctimai birlik rəhbərindən TƏBİB-ə şok ittiham

“Bu qədər məsuliyyətsizlik, özbaşınalıq olmaz! Şəhid Rahim Tağıyevin övladı, gənc qızımız Ülkər Tağızadə iki həftə əvvəl Hepatit A diaqnozu ilə Mingəçevirdən Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin infeksion xəstələr şöbəsinə yerləşdirilib. Lakin ən böyük dərd bundan sonra başlayıb…”

YeniZamantv.az xəbər verir ki, bu sözləri “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.

O, şəhid övladının xəstəxanada qızılcaya yoluxduğunu iddia edib:

“Övladımız Hepatit A xəstəliyindən sağalsa da, evə qızılca xəstəliyi ilə birgə gedibmiş. Deməli, bu klinikanın yalnız bir mərtəbəsi hər cür infeksion xəstələrlə doludur. Birindən sağalsan da, digərinə klinikada yoluxursan. Övladımız klinikadan evə yazılan gündən qızılca xəstəliyi ilə mübarizə aparır və ən pisi odur ki, evdə yenicə ağır tibbi əməliyyatdan çıxmış qardaşı var. Onu necə müdafiə edəcəyimizi bilmirik. Şəhid xanımı nə etməlidir?! Bu necə səhiyyə sistemidir? Bu millətin qəsdinə durmusunuz?

TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, sizdən açıqlama gözləyirik! Səhiyyə sistemi sağaltmalıdır, insanlarımızın sağlamlığı ilə oynamalı deyil…” /yenisabah.az/

Paylaşın:

Digər yazılar