Gədəbəydə külək evin dam örtüyünü dağıdıb, xəsarət alan var
Gədəbəy rayon ərazisində əsən güclü külək bir sıra fəsad törədib, xəsarət alan var.
YeniZamantv.az xəbər verir ki, “Report”un Qərb bürosunun məlumatına görə, güclü külək səbəbindən Gədəbəy rayon Kiçik Qaramurad kəndində vətandaşa məxsus fərdi evin dam örtüyü dağılıb.
Hadisə zamanı yaxınlıqda olan, 1956-cı il təvəllüdlü D.Novruzova başından xəsarət alıb. Onun vəziyyəti normal qiymətləndirilir.
Küləkli hava şəraiti səbəbindən rayonun bəzi ərazilərində də fəsadlar qeydə alınıb. Dam örtüklərinə, təsərrüfata zərər dəyib.
Xatırladaq ki, dünəndən başlayaraq ölkənin digər bölgələrində olduğu kimi, Qərb bölgəsində də küləkli hava şəraiti müşahidə olunur.