Əti əvəz edən unikal məhsul olduğu üzə çıxdı
Diyetoloq Yelena Solomatina yaşıl noxudun əti əzəv edən unikal amin turşusu tərkibinə malik olduğunu deyib.
YeniZamantv.az xəbər verir ki, ekspert bu barədə “Sputnik” radiosuna müsahibəsində danışıb. O, bildirib ki, yaşıl noxudun tərkibində çoxlu B vitaminləri və fol turşusu var.
“Vanadium və bor kimi elementlər var ki, bunlar iltihabla mübarizə aparmaq, sümük sıxlığını artırmaq, kalsium, maqnezium, fosforun daha yaxşı mənimsənilməsi üçün lazımdır. Və noxudda beynin idrak imkanlarının normal formalaşması, qaraciyərin normal işləməsi üçün lazım olan çoxlu xolin də var ki, o, aterosklerozun yaranmasına mane olur”, – diyetoloq vurğulayıb.
Eyni zamanda, diyetoloq bu məhsulun bəzi insanlar üçün zərərli olduğunu qeyd edib. Bu, yüksək səviyyədə sidik turşusu duzları, gut və ya böyrək daşlarından əziyyət çəkənlərə aiddir.
“Noxud həzm edilməsi olduqca çətin bir qidadır. Böyük miqdarda yeyilərsə, xoşagəlməz hisslər verə bilər – qaz meydana gəlməsi, meteorizm. Əlbəttə ki, mədə-bağırsaq traktının hər hansı bir xəstəliyi, xüsusən də qastrit, xoralar, kolit kimi hər hansı bir iltihab prosesi varsa, noxuddan uzaq durmalısınız”, – həkim yekunda əlavə edib. (publika.az)