20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

AŞPA-nın Azərbaycanla bağlı qərarı nədən qaynaqlandı ? – ŞƏRH

 AŞPA-nın Azərbaycanla bağlı qərarı nədən qaynaqlandı ? – ŞƏRH

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qərarının mərkəzində Azərbaycanofobiya və İslamofobiya durur.

YeniZamantv.az xəbər verir ki, bu sözləri Sosiologiya üzrə fəlsəfə doktoru Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev deyib.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan 46 dövlətdən ibarət beynəlxalq təşkilat olan Avropa Şurasının parlament qolu kimi təsis edilib. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzvlüyə qəbul edilib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas məqsədi, müxtəlif dövlətlərin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarət olan, insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilat 1987-1991-ci illərdə Qərbi Azərbaycandakı tarixi yurdlarından soyqırım yolu ilə deportasiyaya məruz qalmış 300 mindən çox azərbaycanlının geri qayıdış hüquqlarını müdafiə, onların qaçqınlıq taleyi və aqibəti haqqında hər hansı bir addım atmadı. Bu istiqamətdə Ermənistan dövlətinə hər hansı bir təzyiq və təsir göstərmədi. Həmçinin .AŞPA 1990-1993-cü illərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin Ermənistan dövləti tərəfindən işğal edilməsi və işğal nəticəsində hüquqları pozulmuş 1 milyondan çox azərbaycanlının qaçqınlıq taleyi və acı aqibəti haqqında Ermənistan dövlətinə hər hansı qınama və təsir göstərməktən qacınıb, hüquqları taptalanmış, mal-mülkləri talan edilib, yandırılmış milyondan çox məcburi köçkünün insanlıq hüquqlarına hörmətsizlik etdilər. AŞPA-nın münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format olmadığını deyib, məsələnin həllinə dəstək verməkdən boyun qaçırdılar. Onların bu münaqişələrə bu qədər biganə yanaşması onlara olan ümid və gözləntilərlə yanaşı onların nüfuzlarına da xələl gətirdi…AŞPA Azərbaycan torpaqlarının 2020-ci ildə azad olunduğu dövrə qədər Ermənistanın işğal siyasətini qınayan, problemin həlli istiqamətində dialoq platforması qurmağa belə təşəbbüs göstərmədi.

Azərbaycanlıların Vətən müharibəsindəki tarixi qələbəsi ilə öz torpaqlarını işğaldan azad etməsi ermənidən daha çox erməni olan Fransa kimi, AŞPA-nın da Azərbaycana olan qərəz və kinli siyasətini ifşa etdi. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatlarının çərşənbə günü keçirdiyi müzakirədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməməyi və Azərbaycanla əlaqəli ortaya atdığı əsilsiz ittihamlar sübut etdi ki, AŞPA-nın bu siyasətinin mərkəzində Azərbaycanofobiya və İslamofobiya durur. Məlum oldu ki, onların məqsədi Azərbaycanın qələbəsinə kölgə düşürmək, ölkənin siyasi, hərbi, sosial, iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurları ləkələməkdir. Dövlətimizin demokratiya və ədalətin bərqərarı istiqamətində qətiyyətli uğurları, həmçinin onları hər şeydən daha çox Azərbaycanın güclü dövlətə və Liderə malik olması narahat edir.

AŞPA və digər anti-Azərbaycan qüvvələrinin ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinist siması Azərbaycanın güclənməsi və torpaqlarını işğaldan azad etməsi ilə özünü daha aydın burüzə etdi. Bu onu göstərir ki, Azərbaycan Vətən müharibəsində qələbə ilə Ermənistanla yanaşı anti-azərbaycançı şər qüvvə və zehniyyətlərə də qalib gəlib.

Paylaşın:

Digər yazılar