Ölkəni mafiya qanunları ilə idarə etmək istəyənlər kimlərdir?-Xanım QHT sədri niyə təhdid edilir???
Uzun müddətdir QHT Agentliyində baş verənlərlə bağlı bir qrup Vətəndaş Cəmiyyəti təmsilçilərinin etirazları səngimir.
Dəfələrlə YeniZamantv.az olaraq biz də bu yazıları paylaşmışıq. Əsgər Ailələırinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızının sosial şəbəkə hesabında paylaşdığı yazını təqdim edirik:
QINAYIRAM!
Əziz dostlar və həmkarlar!
“Həsrət Yolu” Əsir və Girovlara Kömək ictimai birliyinin sədri Esmira Orucova öz “facebook” səhifəsində oğlunun xidməti mobil telefonuna xarici ölkə nömrəsinə bənzər uzun, anlaşılmaz nömrə ilə zəng vurulduğu, QHT Agentliyi ilə bağlı bir də heç bir sosial şəbəkədə yazı paylaşmaması üçün təhdid olunduğu barədə status paylaşıb.
Oğluna bildiriblər ki, ananı susdurmasan sənin üçün pis olacaq. Ananı susdura bilməsən, işini itirəcəksən, işini itirməklə yanaşı daha başqa ağır problemlər yaşayacaqsan.
Ölkədə növbədənkənar Prezident seçkilərinə hazırlıq getdiyi vaxt belə bir mötəbər, ciddi prosesə vətəndaşları cəlb etmək əvəzinə, bir ictimai fəala, tanınmış Vətəndaş Cəmiyyəti nümayəndəsinə , ailəsinə qarşı edilən şantaj və təhdidlərlə demək istəyirlər ki, ölkə mafiya qanunları, qoçu Əsgərlərlə idarə olunur??? Bu zənglərin, elə bizlərə qarşı da yazılan sifarişli yazıların, şərəf və ləyaqətimizi alçaldılmasının arxasında QHT Agentlikdəki korrupsiya, oğurluq hallarını ictimailəşdirdiyimizə görə özümüzü təhqir etdirib , TV , saytlarda ələ saldırdıqdan, qurumlara zəng vurub ” narazıları tədbirlərə dəvət etməyin, tapşırıq yuxarıdandır” sözlərini yaydılar , indi də övladlarımıza keçirlər??? QHT Agentliyinin növbəti əməlini qınayıram! Amma hələ də QHT Agentliyi və havadarlarına “durun” demədiyindən, korrupsiya oyunlarına bulaşmış şəxslərin əməllərini görmədiyinə görə, baş verənlərlə bağlı bu işlərin arxasında kimlərin dayandığından asılı olmayaraq bütün məsuliyyətin Hikmət Hacıyevin üzərinə düşdüyünü bəyan edirəm. Amma haqq nazilər, üzülməz! Bir gün baş verənlər Ali Rəhbərliyə çatacaq! Onda çoxları da cavab verməli olacaqlar!
Əsgər Ailələrinə Dəsətək ictimai birliyinin sədri Mətanət Əsgərqızı