26.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Fransalı nazir Bakının adamıdır – Ermənilər aksiya keçirdi

 Fransalı nazir Bakının adamıdır – Ermənilər aksiya keçirdi

Erməni diasporunun Fransadakı “Nor Serund” təşkilatı Rəşidə Datinin Fransanın mədəniyyət naziri təyin edilməsinə etiraz olaraq Parisdə mitinq keçirib.

YeniZamantv.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənilər Rəşidə Datini “Azərbaycanın təbliğatçısı” adlandırıblar:

“Ermənistana həsr olunmuş bu mədəniyyət ilində, xüsusən Şarl Aznavurun anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycan təbliğatının baş dirijorunun Fransanın mədəniyyət naziri təyin edilməsi sağlam düşüncəyə ziddir.

Yanvarın 11-də Rəşidə Datinin mədəniyyət naziri təyin olunmasını təəccüb və qəzəblə öyrəndik. Bu, iki fransalı diplomatın bir aydan da az əvvəl Azərbaycanda fəaliyyəti dayandırılaraq persona non-qrata elan edilməsindən sonra verilən biabırçı qərardır”, – deyə ermənilər bildirib.

Bəyanatda həmçinin daha absurd iddialar da səsləndirilib. Qeyd edilib ki, İlham Əliyev öz adamını Fransa hökumətinə yerləşdirməyi bacarıb.

Qeyd edək ki, Rəşidə Dati 2015-ci ildə Azərbaycanı “dini və etnik qruplar arasında əlaqələr baxımından bütün dünyaya nümunə ola biləcək ölkə” adlandırıb. Ermənilər bundan qəzəblidirlər. (axar.az)

Paylaşın:

Digər yazılar