Gürcüstanda azərbaycanlılar etiraza qalxdı – Ermənilər biabır oldu
Gürcüstanın paytaxtında “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə Avropa ittifaqının Tbilisi ofisinin önündə “Ayrıseçkiliyə və ikilli standartlara son!” tələbi ilə aksiya təşkil olunub.
YeniZamantv.az xəbər verir ki, aksiyada “Erməni terroruna son”, “Ekoloji terrora son” və digər şuarlar səsəndirilib.
“Azərbaycan Evi”nin rəhbəri Məhəbbət İmanov bildirib ki, aksiya AŞPA-nın qərəzli mövqeyinə və erməni yalanlarına son qoymaq məqsədilə keçirilib.
Aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.
Qeyd edək ki, eyni anda Tbilisidə ermənilər də aksiya təşkil etsələr də, bu, onlar üçün elə də uğurlu alınmayıb. Nəticədə nümayəndəliyin qarşısına yalnız təşkilatçılar toplanıblar. 10-15 nəfərlik aksiyaçı separatçı şüarlar səsləndirdikdən sonra ərazini tərk edib.
Aksiyalardan çəkilən videolardan göründüyü kimi, “Azərbaycan Evi”nin təşkil etdiyi aksiya ermənilərin aksiyasından dəfələrlə böyük və effektiv alınıb. (modern.az)