20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Təbrizdə Ermənistan konsulluğunun açılmasına icazə verməyəcəyik” – Güneyli fəal

 “Təbrizdə Ermənistan konsulluğunun açılmasına icazə verməyəcəyik” – Güneyli fəal

“Biz Güney Azərbaycan Milli Oyanış Hərəkatı olaraq tamamilə Təbrizdə Ermənistanın konsulluğunun açılmasına qarşıyıq”.

YeniZamantv.az xəbər verir ki, bu sözləri Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) İdarə Heyətinin sözçüsü Ağrı Qaradağlı “Cebhe.info”-ya açıqlamasında deyib. O, bunun Tehran rejiminin ən böyük səhvlərindən biri ola biləcəyini söyləyib:

“Biz Güney Azərbaycan Milli Oyanış Hərəkatı olaraq Təbrizdə Ermənistan konsulluğunun açılmasına heç bir şəkildə icazə verməyəcəyik. Əlimizdən gəldiyi qədər bu məsələnin ləğv olunması üçün çalışacağıq. Amma sözügedən konsulluq açılsa belə, bütün gücümüzlə onun bağlanması üçün mübarizə aparacağıq. Düşünürəm ki, İran da belə səhvə yol verməməlidir”.

Həmsöhbətimizin sözlərinə görə, konsulluq açılsa belə, uzun müddət fəaliyyət göstərə bilməyəcək:

“Ermənistanın Təbrizdəki konsulluğu formal və ya fəaliyyətdə olaraq açıla bilər. Lakin bunun sonrakı nəticələrinin necə olacağı daha mühümdür. Çünki gələcək perspektivdə konsulluğu bağlamağa məcbur olacaqlar. İran da başa düşməlidir ki, Güney Azərbaycan Milli Hərəkatı o konsulluğun Təbrizdə fəaliyyət göstərməsinə icazə verməyəcək. Hesab edirəm ki, sözügedən konsulluq sadəcə 7-8 ay fəaliyyət göstərə bilər, daha sonra getməyə məcbur qalacaqlar”.

Bundan əlavə, Ağrı Qaradağlı GAMOH-un televizyasını açmaq istədiklərini, amma maddi imkanlarının olmadığını bildirib:

“Güney Azərbaycan Milli Oyanış Hərəkatının onlayn televiziya açmaq üçün kifayət qədər büdcəsi yoxdur. Hazırda üzvlərimizin ödədiyi aylıq üzvlük haqqı hesabına sayt və sosial şəbəkə hesablarımızı idarə edə bilirik. Bu günə qədər hər hansısa bir dövlətdən və ya şəxsdən heç bir yardım almamışıq. Bundan sonra da elə bir fikrimiz yoxdur. Buna baxmayaraq, kimsə heç bir qarşılıq olmadan yardım edərsə, sevə-sevə qəbul edə bilərik. Onu da millətimizin üçün xərcləyərik”.

Paylaşın:

Digər yazılar