20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Avropa İttifaqından İlham Əliyevə TƏBRİK MESAJI

 Avropa İttifaqından İlham Əliyevə TƏBRİK MESAJI

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik edib.

YeniZamantv.az xəbər verir ki, o, bu barədə “X” platformasında paylaşım edib.

“Azərbaycan Prezidenti İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı ilə bağlı ən xoş arzularını ifadə etdim. ATƏT/DTİHB ilə davamlı əlaqənin vacibliyini vurğuladım.

Həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr və əməkdaşlıq, o cümlədən əlaqələnmə və enerji məsələləri müzakirə olundu.

Azərbaycan və Ermənistan arasında normallaşma ilə bağlı da əsaslı müzakirələr aparıldı. Sabit və firavan Cənubi Qafqazın inkişafı naminə Brüssel prosesi çərçivəsində üçtərəfli görüşü bərpa etməklə bağlı Azərbaycan tərəfinin öhdəliyini alqışlayıram”, – Aİ lideri vurğulayıb.

Paylaşın:

Digər yazılar