24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Bu şayiəni yayan qüvvələrin məqsədi…” – Sabiq nazir kartları açdı

 “Bu şayiəni yayan qüvvələrin məqsədi…” – Sabiq nazir kartları açdı

Son günlər ictimaiyyətdə dolların bahalaşması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. ABŞ valyutasının bahalaşacağı, hətta 2 manata qədər yüksələcəyi iddia olunur.

Bəs bu fikirlər nə qədər əsaslıdır? Ölkədə devalvasiya gözlənilirmi?

YeniZamantv.az xəbər verir ki, Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, yaxın bir neçə ildə manatın məzənnəsində hər hansı bir dəyişikliyin baş verməsinin iqtisadi və ya maliyyə əsasları yoxdur.

O, bunun şayiə olduğunu bildirib:

Fikrət Yusifov

“Lakin ölkə daxilində və xaricdə fəaliyyət göstərən bir sıra destruktiv qüvvələr fevral ayının 7-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində vətəndaşlarda rahatsızlıq yaratmağa çalışır və bu məqsədlə də belə lüzumsuz informasiyaları yayaraq, xaricdəki ağalarının tapşırıqlarını yerinə yetirirlər. Vətəndaşlarımıza birmənalı olaraq bəyan edirəm ki, yaxın illər ərzində manatın məzənnəsində hər hansı bir ciddi dəyişikliyin olması gözlənilən deyil. Belə bir dəyişikliyin baş verməsi – yəni ortada manatın devalvasiyaya uğrayaraq ucuzlaşmasına apara biləcək heç bir səbəb yoxdur. Belə bir təhlükə olsaydı, o halda Mərkəzi Bankın valyuta hərraclarında tələb təklifi bir qayda olaraq üstələməli idi. Amma illərdir bunun əksini görürük. Mərkəzi Bankın valyuta hərraclarında bir qayda olaraq təklif tələbi üstələyir”.

Sabiq nazirinin sözlərinə görə, 2023-cü ildə Mərkəzi Bankda keçirilmiş valyuta hərracının 92 faizində təklif tələbi üstələyib:

“Bu dövrdə manatın nominal effektiv məzənnəsi 19.3 faiz bahalaşıb. Yaranmış durum Mərkəzi Banka manatın uçot dərəcəsini bir qədər də aşağı salmağa imkan vermişdi. Xarici təsirlər hesabına manatın məzənnəsi ilə bağlı hər hansı bir təhlükə yaransa belə, unutmaq lazım deyil ki, bu gün Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 70 milyard ABŞ dollarına yaxın bir səviyyədədir. İllik Ümumi Daxili Məhsulumuzun həcminə yaxın olan bu qədər valyuta ehtiyatımız eyni zamanda manatın təhlükəsizlik yastığı rolunu oynayır”.

Paylaşın:

Digər yazılar