12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Azərbaycandakı növbədənkənar seçkilər tarixi dövrə təsadüf edir

 Azərbaycandakı növbədənkənar seçkilər tarixi dövrə təsadüf edir

Bu gün bizlər hətta bizdən öncə gələn əcdadlarımızın həsəd aparacağı möhtəşəm tarixi hadisələrə şahidlik edirik. 44 günlük Vətən müharibəsi, arda-arda keçirilən böyük tədbirlər 2023 ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, bizlərin qalib xalqa çevrilməyimizə gətirib çıxartı. Artıq bölgədə ortaya qoyduğumuz yeni geosiyasi reallıq yeni mandat, yeni yanaşma, yeni yol xəritəsinin formalaşdırılmasını tələb edir və nəzərdə tutulan Prezident seçkiləri məhz bu ehtiyacı təmin edəcək.

YeniZamantv.az Newsmediaya istinadən  xəbər verir ki, bu fikirləri Rusiya Azərbaycanlıları İttifaqının sədri Füzuli Məmmədov bildirib.

O qeyd edib ki, bu dəfəki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində keçiriləcək.
Azərbaycanın keçirəcəyi növbədənkənar Prezident seçkiləri əslində, tariximizin yeni dövrünün rəsmiləşdirilməsi, bu yeni dövrə keçidin altına səsvermə yoluyla milli iradə möhürünün vurulması kimi dəyərləndiliməlidir. Seçki prosesində bütün namizədlərin seçkiqabağı təşviqat kampaniyasını sərbəst və aktiv şəkildə həyata keçirməsi üçün hər bir şərait yaradılıb. Seçkiöncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq və yerli təşkilatlar aralıq hesabatlarında seçki mühitinin normal inkişaf tempini, qanunlara əsaslandığını xüsusi olaraq vurğulayırlar. Azərbaycan dövləti seçkilərin normal, şəffaf keçirilməsi üçün hər cür şəraiti təmin etməkdədir.
Diaspor rəhbəri qeyd edib ki, bu qədər inanılmaz, möcüzəvi uğurlarımız məhz Ümummilli liderimiz Heydər Əliyevin hazırladığı və bizə miras qoyub getdiyi strategiya və bu strategiyanı xalqımzla birləşərək zərgər dəqiqliyilə həyata keçirmiş hörmətli prezidentimiz İlham Əliyevin böyük zəhməti sayəsində gerçəkləşə bilmişdir. Bu gün savaş meydanında hansı qəhrəmanlıqlar edə biləcəyini, nələrə qadir olduğunu dünyaya göstərən xalqımız, indi həmin dünyanın belə möcüzə qarşısında heyrətlənmiş gözləri önündə dinc quruculuq, Qarabağımızı yenidən cənnətə çevirmək savaşını layiqincə verir, yurd-yuvasından didərgin salınmış insanlarımızın  yurdlarına qayıda bilməsi üçün əlindən gələni edir. Bu seçkilər yüzillər boyu torpaqlarını, el-obasını itirə-itirə gələn Azərbaycandan hər anlamda qazanan, uğurları yüksəlişə keçən, milli qeyrətini ayaqlar altından qaldırıb haqq etdiyi baş ucuna qoyan yeni bir Azərbaycanın doğuşuna xalqımızın şəhadətnamə verməsidir. Bu gün savaş meydanında hansı qəhrəmanlıqlar edə biləcəyini, nələrə qadir olduğunu dünyaya göstərən xalqımız, indi həmin dünyanın belə möcüzə qarşısında heyrətlənmiş gözləri önündə dinc quruculuq, Qarabağımızı yenidən cənnətə çevirmək savaşını layiqincə verir, yurd-yuvasından didərgin salınmış insanlarımızın yurdlarına qayıda bilməsi üçün əlindən gələni edir. Bunun nəticəsində yeni seçkilərdə artıq parçalanmış, bölünmüş Azərbaycanın deyil, birləşmiş, bütövləşmiş, öz haqlarını qolunun zoru, ruhunun gücüylə almış bütün Azərbaycanın hər guşəsində yaşayan millətimiz iştirak edə biləcək.
Fizuli Məmmədov fikirlərinə davam edərək bildirib ki, «uzun illər Vətəndən uzaq olsa da, ürəyi Azərbaycanla vurur, doğma yudrumuzun sevinciylə sevinir, ağrısıyla ağrıyır və daim bir gözü ölkəmizin üzərindədir, Azərbaycanda baş verən bütün prosesləri diqqətlə izləyir. Dövlətimizin mövcud, o cümlədən seçki qanunverici bazası dünyanın demokratik, mütərəqqi qanunlarıyla eyni mərtəbədə durur və həm namizədlərin hüquqlarını təmin edir, həm də seçicilərin öz iradələrini azad şəkildə ifadə edə bilmələrinə, həm də seçkilərin şəffaflığının nəzarət altında saxlanması işində faydalı ola biləcək beynəlxalq müşahidəçilərin fəaliyyətinə geniş imkanlar yaradır. Məhz bu müşahidəçilərin ara hesabatları, habelə xaricdə yaşayan soydaşlarımızın müxtəlif platformalarda seçkilərlə bağlı fəallığı Azərbaycana qarşı mənfi stereotiplər formalaşdırmağa çalışan xaricdəki düşmənlərimizin xəyallarını boşa çıxardacaq. Əminəm ki, bu seçkilərdə də xalqımız ona xas olan müdrikliyini bir daha nümayiş etdirəcək, seçkilərdə əvvəlki dönəmlərə nisbətən daha aktiv iştirak edəcək və doğru liderini seçəcək. Bu yolda Azərbaycanı sevən, Azərbaycanın yüksəlişini arzulayan, bunun üçün canla-başla çalışan hər kəsə uğurlar arzulayıram! Uca Yaradan millətimizi qorusun, dövlətimizi hər anlamda güclü etsin.

Paylaşın:

Digər yazılar