Savaş riski yoxdur, çünki İrəvan istədiyini aldı – Lukyanov
Ermənistanla Azərbaycan arasında böyük münaqişə riskini görmürəm.
Yenizamantv.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, politoloq Fyodor Lukyanov erməni mediasına müsahibəsində deyib.
“Mənə elə gəlir ki, nə qədər qəribə səslənsə də, hər iki tərəf istədiyinə nail olub. Belə ki, Ermənistan heç vaxt öhdəsindən gəlmədiyi qeyri-müəyyənlikdən azad oldu. Söhbət Qarabağ məsələsindən gedir”, – o bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycanda son dərəcə təlatümlü mühit var:
“Həm Yaxın Şərq, həm də Orta Şərq Azərbaycan və Ermənistanın böyründədir. Bu vəziyyətdə öz aranızda hansısa davaya girmək ağıllı hərəkət deyil. Mən nə İrəvanda, nə də Bakıda avantürist görürəm. Onlara istədiyiniz kimi davrana bilərsiniz, lakin onlar müəyyən hesablanmış davranış nümunələri olan insanlardır. Bu modellərə görə, onların konfliktlərə ehtiyacı yoxdur”. /axar.az/