“Qızıl süd” qarışımını için, görün NƏLƏR OLUR – MÖCÜZƏ
Türkiyənin məşhur diyetoloqu Gamze Ganime Yıldırım soyuq havalarda immuniteti gücləndirən “qızıl süd”ün soyuqdəymə, öskürək və yuxusuzluğa qarşı effektiv olduğunu bildirib.
YeniZamantv.az bu barədə CNN Türk-ə istinadən xəbər verir.
Yıldırım qeyd edib ki, qış aylarında qrip, öskürək, bronxit, soyuqdəymə kimi xəstəliklərə tutulma riski də artır: “Qızıl süd soyuq havalarda immunitet sistemini dəstəkləmək və ümumi sağlamlığı yaxşılaşdırmaq üçün istehlak edilən bir içki olaraq önə çıxır”.
Diyetoloq əsas tərkib hissəsi sarıkök olan südlü qarışımın aldığı rəngə görə “qızıl süd” adlandırıldığını xatırladıb: “Qızıl süd tərkibindəki kurkumin sayəsində hüceyrələrin yenilənməsinə, immunitetin güclənməsinə kömək edir. Sərbəst radikalları bədəndən çıxararaq təmizləyir. Hamilə və süd verən anaların həkim icazəsi olmadan istehlak etməsi düzgün hesab edilmir”.
Yıldırım “qızıl süd”ün tərkibi və hazırlanma qaydasını da təqdim edib:
Lazım olan ərzaqlar: 2 stəkan süd, 2 çay qaşığı zəncəfil, 2 çay qaşığı sarıkök, 2 çay qaşığı darçın, 1 çay qaşığı qara istiot, 1 çay qaşığı bal və istəyə görə 1 çay qaşığı kokos yağı.
Hazırlanması: Südü qəhvə qabına töküb, zəif odun üzərinə qoyun. Süd qızdırıldıqdan sonra zəncəfil, sarıkök, qara istiot və darçın əlavə edin. Qaynamağa başlayanda ocaqdan götürün. Bal və istəyə görə kokos yağı əlavə edib için.
Xəbərdarlıq: Mədə problemləri olanlar, təzyiq xəstələri, hamilələr və allergik problemi olanlar istehlak etməməlidir. /musav