23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Ermənistan dinc və təhlükəsiz yaşaya bilməyəcək” – Erməni deputat

 “Ermənistan dinc və təhlükəsiz yaşaya bilməyəcək” – Erməni deputat
“Təhlükəsizlik problemlərinin bu səviyyədə olduğu ölkədə hakimiyyət onlarla məşğul olmaq əvəzinə, siyasi məhbuslara qarşı iş açır”.
YeniZamantv.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu fevralın 13-də parlamentin müxalifətçi deputatı, Ermənistan Respublika Partiyasının üzvü Hayk Mamicanyan jurnalistlərlə söhbətində deyib.
“Nə qədər ki, Paşinyanın siyasi mövcudluği davam edir, dövlətimiz təhlükəsiz və dinc yaşaya bilməz”, – Mamicanyan vurğulayıb.
Müxalifətin niyə əməli addımlar atmaması ilə bağlı suala cavabında deputat deyib ki, konkret olaraq Respublika Partiyası üçün heç nə dəyişməyib, hakimiyyət dəyişikliyi gündəmin birinci məsələsi olub və olaraq qalır:
“Elə bir vaxt seçmək lazımdır ki, küçə mübarizəsi sonuncu və həlledici olsun”, – deputat fikrini yekunlaşdırıb.
Paylaşın:

Digər yazılar