20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

… Pis nümunələrin ifrat dərəcədə işıqlandırılması…

 … Pis nümunələrin ifrat dərəcədə işıqlandırılması…
Cəmiyyəti silkələyən hadisələrdə Media özünü necə aparmalıdır? Uzun müddətdir bu barədə müxtəlif fikirklər səslənir.
YeniZamantv.az jurnalist Samir Feyruzovun öz sosial şəbəkə hesabındakı paylaşımını sizə təqdim edir:
İstisnasız, Azərbaycanda baş verən bütün cinayətlərin, intiharların kökündə rüşvət və korrupsiya amili dayanır. Digər amillər törəmədir.
Dünən Xətai rayonunda baş vermiş qətl hadisəsindən sonra telekanalların, Media Reyestrindən keçən saytların böyük bir hissəsinin mazaxist fəaliyyəti və ayrı-ayrılıqda jurnalistlərin sosial şəbəkədəki paylaşımları bir daha göstərdi ki, ölkə mediası gözlənilməz hadisələrə, fors-major hallara hazır deyil. Azərbaycanda cəmi 3 gün eyni dərəcəli və yaxud müxtəlif motivli cinayət hadisələri baş versə, medianın davranışlarını təsəvvür etmək elə də çətin deyil. Sabah hansısa taleyüklü proseslər ortaya çıxsa, bu cür yarıtmaz media ilə dövlət siyasətini aparmaq müşkül məsələ olacaq. Saytlar “yarış” keçirirlər, öldürülən körpələrin şəkillərinin tirajlanması, qatilin həyatı və qohumları ilə bağlı ələkdən keçirilməmiş infromasiyaların yayılması, baş vermiş hadisənin cəmiyyətdə psixoloji tarazlığı pozan-sensasiyalı şəkildə təqdim edilməsi qeyri-peşəkarlığın ən ifrat nümunələri idi. Bədbəxt saytlar MEDİA-nın gözündən düşməmək üçün hər cür “xəbər”ə əl atır.
Təəssüf ki, media qaydalarına zidd və cəmiyyətdə gərginlik yaradan xəbərlər hazırda da böyük saytlar və telekanallar tərəfindən tirajlanmaqdadır. Amma MEDİA-nın və MŞ-ın bu saytlara söz deməyə cəsarəti çatmır.
Ümumiləşmiş, kiflənmiş və ənənəvi üslüubda bəyanatla çıxış edərək işini bitmiş hesab edən bu qurumlar cəmiyyətin psixoloji cəhətdən reanimasion durumda qalmasında maraqlı görünür. Medianın İnkişafı Agentliyinin və Azerbaijan Press Council/Azərbaycan Mətbuat Şurasının məlum hadisə ilə bağlı media subyektlərinə, jurnalistlərə etdiyi çağırış arxadan atılan daşa bənzəyir.
Bu gün ölkədə Dövlət başçısının inauqurasiya (andiçmə) mərasimi keçirilib. Bu gün ölkədə baş verən ən böyük hadisə məhz Prezidentin andiçmə mərasimidir və əsas fəaliyyət istiqaməti ölkə üçün bundan sonrakı perspektivlərin ictimailəşməsi olmalıdır. Amma xəbər saytları hələ də öz ailəsini amansızcasına məhv etmiş Əhmədin qohum-əqrabalarını axtarır. Pis nümunələrin ifrat dərəcədə işıqlandırılması cinayətkarlığın şüuraltına işləyən ən əsas təbliğat üsuludur.
Samir Feyruzov
Paylaşın:

Digər yazılar