20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ceyhun Bayramov: “Ermənistanın təxribatı sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır” – FOTO

 Ceyhun Bayramov: “Ermənistanın təxribatı sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır” – FOTO

Fevralın 16-da xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşı tərəfin müraciəti əsasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb.

YeniZamantv.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin perspektivləri müzakirə olunub.

“Ceyhun Bayramov 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Bununla yanaşı, Avropa İttifaqının Ermənistandakı missiyasının regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunmasının, onların apardığı “binokl diplomatiyasının” qəbuledilməzliyi diqqətə çatdırılıb.

Sülh sazişi layihəsinə gəldikdə Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, – deyə məlumatda qeyd olunub.

Paylaşın:

Digər yazılar