23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Türkiyə və Azərbaycanla bağlı kritik qərar: İrəvanda hazırlıq başladı

 Türkiyə və Azərbaycanla bağlı kritik qərar: İrəvanda hazırlıq başladı

Ermənistan Baş naziri Nikol Paşinyanın Konstitusiyada ciddi dəyişiklik edəcəyi gözlənilir.

YeniZamantv.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Məlumata görə, yeni Konstitusiya layihəsində nəinki Müstəqillik Aktından imtina, soyqırımı iddiasını (qondarma – red.) çıxarmaq və parlamentdə çoxluq təşkil etmək müddəaları ilə bağlı dəyişiklik etmək istəyirlər. Ölkə rəhbərliyi Ermənistan üçün təhlükəli olan başqa bir məqsəd üçün də hazırlaşır. Bu, Ermənistanın yeni Konstitusiyada özünü bitərəf ölkə elan etməsi və ərazisində xarici silahlı qüvvələrin daimi əsasda yerləşdirilməsini qadağan etməsi ilə bağlıdır. Əlbəttə, bu, Rusiya bazaları və sərhəd qoşunlarına qarşı yönəlib”, – məlumatda deyilir.

Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Aktında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. (teleqraf.com)

Paylaşın:

Digər yazılar