23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Bakıda divarlara o şüarları yazanlar saxlanıldı

 Bakıda divarlara o şüarları yazanlar saxlanıldı

Paytaxtda yaşayış binalarının, məhəllələrin divarlarına narkotik vasitələri təbliğ edən şüarlar yazan şəxslər müəyyən ediliblər.

YeniZamantv.az-a DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədənlər  – 1999-cu il təvəllüdlü İ.E, 2002-ci il təvəllüdlü, C.E, 2004-cü il təvəllüdlü Ə.Ə, 2003-cü il təvəllüdlü, A.H saxlanılıblar.

Müəyyən edilib ki, həmin şəxslər 2024-cü ilin yanvar ayından paytaxtın müxtəlif ünvanlarında “Telegram” platformasında xaricdən idarə olunan kanalların birindən pul qarşılığında verilən sifariş əsasında həmin şüar-çağırışları yazmaqla çəkilişlər aparıb sifarişçiyə göndəriblər. Hər bir fotoya görə icraçılara narkoşəbəkə adminləri tərəfindən kriptovalyuta formasında müxtəlif məbləğlərdə pullar köçürülüb. Sonradan icraçılar həmin vəsaitləri nağdlaşdıraraq aralarında bərabər bölüblər.

DİN-in müvafiq Baş İdarəsində xaricdən verilən sifarişlərin icrasını təşkil edən şəxslər ətrafında araşdırmalar davam etdirilir.

Paylaşın:

Digər yazılar