20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Akıncı” Azərbaycan Ordusunda hansı rolu oynayacaq…

 “Akıncı” Azərbaycan Ordusunda hansı rolu oynayacaq…

Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.

Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış olub. Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlət başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat veriblər.

Bu PUA-ların hansı məqsədlərlə istifadə olunacaq? Pilotsuz Uçuş Aparatları Akademiyasının fəaliyyət göstərməsi bu sahədə hansı yeniliklərə səbəb olacaq?

YeniZamantv.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, “Akıncı” PUA-sının “Bayraktar TB-2” ilə müqayisədə bir sıra üstünlükəri var:

“Bu silah Azərbaycan Hərbi Hava Qüvvələrində mövcud olan pilotsuz aviasiya parkının imkanlarını kifayət qədər genişləndirəcək. “Akıncı” tipli PUA-lar dünyanın sadəcə 4 ölkəsi tərəfindən istehsal olunur. Onun istifadəçiləri də kifayət qədər məhduddur. Cənubi Qafqazda, İran və Rusiyada bu cür PUA-lar hazırda mövcud deyil. “Akıncı” PUA-ları bir gündən artıq havada qalmaqla 1500 kiloqrama qədər faydalı yük, yəni silah və sursat daşıya bilir.

 

Bu sursatların arasında həm qanadlı raket, həm də hava və yer hədəfləri ilə mübarizə üçün müxtəlif silah sistemləri mövcuddur. “Akıncı” öz imkanlarına görə “Bayraktar TB2” PUA-larından təxminən 30 dəfə çox yük daşıya bilir. Bu, “Akıncı”nın paralel olaraq çoxsaylı hədəflərə qarşı mübarizə aparmasına imkan verir. Yəni “Bayraktar TB2” cəmi 4 raketlə hədəflərlə mübarizə aparırsa, “Akıncı” ümumilikdə 13 ədəd sursatla düşmən hədəflərinə nöqtə zərbələri endirə bilir. Digər tərəfdən “Akıncı”mən hava hədəfləri ilə mübarizə aparmağa imkan verir ki, bu da onun imkanlarını hücum aviasiyasından üstün, qırıcı aviasiyasiyasına isə yaxın olduğunu göstərir”.

 

Ə.Verdiyev Rusiya və Ukraynadan fərqli olaraq, TDT-yə üzv ölkələrin sursat qıtlığı çəkməyəcəyini deyib:

“PUA Akademiyasının açılması ilk növbədə Azərbaycanın, sonra isə dost və müttəfiq ölkələrin pilotsuz vasitələrin heyətinin hazırlanmasına imkan verəcək. Azərbaycan müdafiə sənayesinin imkanlarının genişləndirilməsinə kifayət qədər ciddi diqqət yetirir. Bu il ərzində dövlət və özəl şirkətlər tərəfindən sözügedən istiqamətdə 1 milyard dollarlıq sərmayə qoyulacağı gözlənilir. “STM”, “Roketsan”, “Aselsan”, “Baykar” və başqa tanınmış türk müdafiə sənayesi şirkətlərinin Azərbaycanla əməkdaşlığı haqqında ciddi razılaşmalar əldə olunur. Hazırda bu şirkətlərin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün infrastruktur da yaradılır. Biz yaxın müddətdə bu şirkətlərdən bəzilərinin artıq Azərbaycanda birgə istehsal prosesində iştirakını müşahidə edəcəyik. Azərbaycanın prioritetlərindən biri də Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi, hərbi texniki və hərbi təhsil sahəsində əməkdaşlığı gücləndirməkdən ibarətdir. Sadalanan faktorlar, xüsusilə də, müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq TDT-nin dünyada baş verən sursat qıtlığı şəraitində ordunun təchizat və təminatına ciddi bir təkan verəcək. Başqa sözlə desək, Türkiyə, Azərbaycan və Orta Asiya dövlətlərinin birgə səyləri nəticəsində biz Ruisya- Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən münaqişələr fonunda ordularımızın silah və sursatla təchizatında heç bir çatışmazlıqla rastlaşmayacağıq. Bu çox vacib bir məsələdir. hesab edirəm ki, TDT ölkələri bu məsələni öz aralarında həll ediblər”.

 

 

Paylaşın:

Digər yazılar