20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ankarada müzakirə: Mövzu Naxçıvan-Türkiyə iqtisadi əlaqələridir

 Ankarada müzakirə: Mövzu Naxçıvan-Türkiyə iqtisadi əlaqələridir

Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti Türkiyədə iki günlük səfərdə olub.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Türkiyə-Naxçıvan iqtisadi əməkdaşlığının perspektivləri və qardaş ölkəyə ixrac imkanları müzakirə edilib.

Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, muxtar respublikanın kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov iştirak edib.

Səfər çərçivəsində Ankara şəhərində Naxçıvan nümayəndə heyəti Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat ilə görüşüb.

Görüşdə iqtisadi əlaqələrin inkişaf perspektivləri, münbit investisiya mühiti, muxtar respublikada istehsal olunan məhsulların qardaş ölkəyə ixrac imkanları və dövlət proqramı çərçivəsində layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyində keçirilən görüşlərdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsi ətrafında müzakirələr aparılıb. /modern.az/

Paylaşın:

Digər yazılar