12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Qarabağ və Rusiya bazası… – Ermənistanın yeni konstitusiyasının detalları yayıldı

 Qarabağ və Rusiya bazası… – Ermənistanın yeni konstitusiyasının detalları yayıldı

Ermənistanın yeni konstitusiya layihəsində nələrin əks olunduğu haqda məlumatlar yayılıb.

YeniZamantv.az xəbər verir ki, “Hraparak” nəşri yeni layihənin Konstitusiya İslahatları Şurasında müzakirəyə çıxarıldığını yazır.

“Məlumatlara görə, yeni konstitusiya layihəsində İstiqlal Bəyannaməsindən imtina edilir, eləcə də soyqırımı iddiaları çıxarılır”, – nəşr yazır.

Ermənistanın istiqlal bəyanaməsində Azərbaycana qarşı ərazi iddiaları, o cümlədən, Türkiyəyə qarşı qondarma “soyqırımı” iddiası yer alır. Mövcud konstitusiyada da bu bəyannaməyə istinad edilir. Azərbaycan konstitusiyanın dəyişdirilməsi tələbi ilə çıxış edib. Ermənistan hakimiyyəti də qəbul edir ki, mövcud konstitusiya qaldığı müddətdə sülh bağlamaq mümkün olmayacaq.

Nəşr yazır ki, yeni konstitusiya layihəsində Rusiyaya qarşı da addımlar nəzərdə tutulur.

“Layihədə qeyd olunur ki, “Ermənistan özünü bitərəf ölkə elan edir, onun ərazisində xarici silahlı qüvvələr daimi əsasda yerləşə bilməz”. Bu, Rusiya bazalarının və sərhəd qoşunlarının çıxarılmasına yönəlib”, – nəşr qeyd edir.

Paylaşın:

Digər yazılar