23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Acından kirpikləri tökülən, evlənməkdən qorxan, mənzilində yiyəsiz ölən aktyor

 Acından kirpikləri tökülən, evlənməkdən qorxan, mənzilində yiyəsiz ölən aktyor

Mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür.

YeniZamantv.az xəbər verir ki, kulis.az  onun haqqında 10 qeyri-adi faktı təqdim edir.

1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş. Elçinin öz sözlərinə görə, uşaqlıqda o qədər ac qalıb ki, vitaminsizlikdən kirpikləri tökülüb. Bir dəfə əmisigildə onu necə döyürlərsə, üstünə təcili yardım maşını gəlir. Qohumları onu hədələyirlər ki, həkimə heç nə deməsin.

2. Valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçin yeniyetməlik yaşında əvvəlcə bir qardaşını, daha sonra bacısını və o biri qardaşını itirir.

4. Əvvəllər kuryer, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıqçı, fəhlə işlərində çalışıb. Bir müddət sonra isə yaxşı səsi olduğu üçün teatrda xor artisti olur. 19 yaşında isə İncəsənət İnstitutunun “Dram-kino aktyoru” fakültəsinə daxil olur.

5. Əsl bariton və soprano səsə malik olub. Tamaşalardakı çox musiqiləri özü ifa edib. Bir müddət sonra Elçin “Bakılı oğlanlar” komandasındakı parodiyaları ilə yaddaşlarda qalıb. O, Flora Kərimovanı, İlhamə Quliyevanı, Gülşən Qurbanovanı yüksək səviyyədə parodiya etməyi bacarırdı

6. Musiqili Teatrda bir çox aktyorlarla yanaşı Hacıbaba Bağırovla da yaxın dost olub. Hacıbaba müəllim ondakı istedada arxayın olaraq, öz rollarını da Elçinə həvalə edib. Bu təklifi eşidən aktyor elə bilib ki, Hacıbaba Bağırov onunla zarafat edir. Hacıbaba Bağırov dünyasını dəyişəndə onun qızı hələ balaca olur. Elçin Həmidov gecələr Hacıbaba Bağırovun evinə zəng vuraraq, onun azyaşlı qızına telefonla nağıllar danışarmış.

7. Elçin Həmidov heç vaxt ailə qurmayıb. Buna səbəb isə onun ölüm qorxusu olub. Həmişə deyirmiş ki, ciddi bir qadınla ailə qurmaq istəyirəm, amma qorxuram, ölüb gedəcəm, yazıq qadın tənha qalacaq.

8. Aktyorun səhnədəki son rolu Qoqolun “Evlənmə” tamaşasında idi. Elçin tez-tez şəkər və təzyiqdən əziyyət çəkir, məşqlərdə rolun sözlərini unudub üzr istəyirmiş. Tamaşanın premyerasından sonra dostlarından xahiş edib ki, mən öz tamaşama son dəfə baxmaq istəyirəm. İki saata yaxın dinib-danışmadan evlənmə tamaşasını diskdən izləyib.

9. Həmişə dostlarına deyirmiş ki, mən əlli yaşımı keçməyəcəm. Bizimkilər hamısı əlli yaşına qədər ölüb. Əlli yaşı keçsəm də, az sonra mənim ölümüm bağlı qapı arxasında olacaq və bundan sizin heç birinizin xəbəri olmayacaq. Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam. Ölümündən iki gün əvvəl isə dostları ilə telefonla danışır, onlara evdə tək qalmaqdan qorxduğunu, ürpəndiyini deyir.

10. Elçin deyənlər olur. 2011-ci il martın 4-ü səhər teatrda “Hərənin öz ulduzu” tamaşasının orkestrlə məşqi idi. Məşqə, tamaşaya gecikməyi sevməyən Elçin gəlib çıxmır. Hamı təəccüblənir. Truppa müdiri Vidadi Həsənov mobil telefonuna zəng vurur, telefon açıq olsa da cavab vermir. Dostları onun evinə yollanırlar. Evdən televizor səsi gəlsə də qapını açan olmur. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərini çağırırlar. Onların köməyi ilə mənzilin qapısı açılanda dəhlizdə uzanan 52 yaşlı Elçinin artıq keçindiyi məlum olur.

İrsi ürək xəstəliyindən əziyyət çəkən aktyor duş qəbul edəndə halı pisləşibmiş, hamamdan çıxıb divardan tuta-tuta otağa keçmək istəyəndə əli boşluqda qalıb və yerə yıxılıb.

Paylaşın:

Digər yazılar