23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ordumuzun əsgəri qeyri-şərtsiz qaytarılmalıdır: Əks halda… – AÇIQLAMA

 Ordumuzun əsgəri qeyri-şərtsiz qaytarılmalıdır: Əks halda… – AÇIQLAMA

Ermənistan Milli Təhlükəsizlik Xidməti Zəngəzur rayonunun Dığ kəndi (Tex) yaxınlığında sərhədi keçən azərbaycanlı hərbçinin saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.

Əsgərlərimizin azaraq Ermənistan tərəfə keçmə halları tez-tez baş verir. Bu halların baş vermə səbəbi nədir? Və azaraq Ermənistan tərəfə keçən əsgərimizin taleyi necə olacaq?

YeniZamantv.az xəbər verir ki, bu mövzu haqqında hərbi ekspert Ədalət Verdiyev Turkustan.az-ın sualını cavablandırıb.

Ekspert bildirib ki, “Ermənistan artıq 4 ildir ki, sərhədlərin delimitasiyası prosesindən yayınır və bu, şərti dövlət sərhədində xidmət edən hərbi qulluqçuların duman və çiskində azaraq qarşı tərəfə keçməsi üçün münbit şərait yaradır.

Azərbaycan tərəfi iki Azərbaycan əsgərinin qaytarılması müqabilində 32 erməni silahlısını qarşı tərəfə təhvil vermişdi. O zaman rəsmi İrəvan da Azərbaycan ordusunun əsgərini qeyri-şərtsiz qaytarmalıdır. Əks halda bu, münaqişə onsuz da mövcud olan gərginliyi daha da artıracaq və bu, istənilən halda Ermənistan üçün sərfəli olmayacaq”.

Ekspert əlavə olaraq bildirib ki, “belə hallar əvvəllər də baş verib. Adətən azıb qarşı tərəfə keçmə halları ərazinin relyefi və iqlimi ilə əlaqəli olur”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Paylaşın:

Digər yazılar