23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Sumqayıt hadisələri böyük planların tərkib hissəsi olub

 Sumqayıt hadisələri böyük planların tərkib hissəsi olub
Tarixə nəzər salsaq görərik ki, ermənilər hər zaman qarışıq məqamlardan öz çirkin niyyətləri üçün istifadə ediblər. Həmin situasiyalardan yararlanan bu xalq görün, nə qədər qanlı proseslərə imza atıb. Əslində Sumqayıt hadisələri də strateji erməni təxribatlarının tərkib hissəsi idi.
Sumqayıtda ermənilərin terror qrupları orada yaşayan bir neçə sadə ermənini öldürməklə ciddi hədəflərə nail olmaq istəyirdi. Bəs, onların strateji hədəfləri nə idi?
1988-ci ildə təcavüzlə üzləşən Azərbaycanı təzyiq altında saxlamaq və azərbaycanlıları vəhşi xalq kimi dünyada tanıtmaq, nüfuzdan salmaq üçün ermənilər belə qondarma planlarını həyata keçiriblər. Digər tərəfdən azərbaycanlılarla birgə yaşayışın mümkünsüzlüyünü yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün belə addımlar atıblar. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə bəraət qazandırmaq üçün belə çirkin planların gerçəkləşdirilməsi şübhə doğurmur.
Sumqayıt hadisələrinin törədilməsi və həmin hadisələrin birbaşa icraçısı Eduard Qriqoryanın və onun dəstə üzvlərinin çox rahat şəkildə yoxa çıxması, qaranlıq məqamlardan xəbər verir. O zaman məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. Bu da bir daha onu təsdiqləyir ki, Sumqayıt hadisəsi Ermənistan xüsusi xidmət orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin birgə işi idi. İstintaq hərəkətlərində Sumqayıt hadisələrində Qriqoryanın fəal rolu öz əksini tapıb. Bu isə o deməkdir ki, Sumqayıt hadisələri məkrli erməni planının tərkib hissəsi idi.
Sumqayıtın iğtişaş yeri kimi seçilməsi isə ciddi düşünülmüşdü. Bir çox erməni məhkumlar müxtəlif bəhanələrlə azadlığa buraxılmış və məqsədli şəkildə şəhərdə məskunlaşmışdılar. Hadisələrin sonrakı gedişi göstərdi ki, hər şey məqsədli şəkildə icra edilib. İğtişaş Ermənistanın təxribatının nəticəsi idi.
Sumqayıt hadisələri ilə əlaqədar cinayət işinin istintaq materiallarından aydın olur ki, hücum edənlər əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçiblər. İstintaq materialları, çoxda uzaq olmayan həmin dövrü, hadisələri xatırlayanlar bu gün birmənalı şəkildə təsdiqləyirlər ki, bu hadisələri Ermənistan xüsusi xidmət orqanları törədib. Şəhər əhalisi olan azərbaycanlılar öz humanistliyini göstərərək bəzi erməni ailələrini Eduard Qriqoryanın və onun dəstə üzvlərinindən qoruya bilib.
Yekun olaraq qeyd etmək istəyirəm ki, həm Sumqayıt hadisələri, həm də hansı məkanda törədilməsindən asılı olmayaraq ermənilərin bütün təxribatıları geniş tədqiq olunmalı və ictimaiyyətə məlumatlar mütəmadi olaraq verilməlidir. İnformasiya müharibəsində erməni təxribatının qarşısını almaq üçün bir addım öndə olmaq lazımdır.
Əkrəm Bəydəmirli
Paylaşın:

Digər yazılar