23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumat

 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Qaradağ rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə sudan qanunsuz istifadə aşkarlanıb.

Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən supermaketin su  təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyektin su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti yoxdur və müqavilə bağlanmayıb. Supermarketin su təchizatı şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə aparılıb.

Qobu Park yaşayış massivində çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən “Kabab evi”ndə sudan qanunsuz istifadə halı aşkar edilib. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan binanın daxili su təchizatı sisteminə özbaşına birləşmə verib.

Lökbatan qəsəbəsi yaxınlığında yerləşən məişət avadanlıqlarının  saxlanma anbarında da içməli sudan uçotsuz istifadə aşkarlanıb. Anbar sahibi texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən su kəmərindən özbaşına su xətti çəkib.

Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların və sahibkarların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ildə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 15533, Qaradağ rayonunda isə 159 fakt aşkarlanaraq qarşısı alınıb.

 

 

Paylaşın:

Digər yazılar