23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Sədaqət Qəhrəmanova İctimai Şura üzvləri ilə görüş keçirdi

 Sədaqət Qəhrəmanova İctimai Şura üzvləri ilə görüş keçirdi
YeniZamantv.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Sədr müavini Sədaqət Qəhrəmanova dövlət qurumlarının qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının cəmiyyətdə mövcud problemlərin həll edilməsində mühüm rol oynaya biləcəyini diqqətə çatdırdı. O, Komitənin öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edildiyini vurğuladı.
İctimai Şuranın sədri Fariz Əkbərov İctimai Şura tərəfindən görülmüş işləri diqqətə çatdıraraq, gələcəkdə icra olunması planlaşdırılan fəaliyyətlər haqqında məlumat verdi.
İctimai Şura üzvləri Vəfa Abbasova, Arzu Əliyeva, Billur Məmmədova, Aynur Zülfüqarova, Nailə İsmayılova, Səbinə Kərimova, Samirə Mustafayeva, Mətanət Əsgərqızı ötən il görülən işlərdən, cari il üçün aparılacaq fəaliyyətlərdən  söhbət açdılar.
Sədaqət Qəhrəmanova Dövlət Komitəsi yanında İctimai Şuranın fəaliyyətini müsbət qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın davamlı olacağını vurğuladı.
Daha sonra İctimai şura üzvləri ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədi ilə bir sıra təkliflər irəli sürdülər.
Görüşdə  Analitik Təhlil və İnformasiya Təminatı Şöbəsinin İnformasiya Texnologiyaları Sektorunun müdiri Zəminə Səfərova da iştirak edib.
Paylaşın:

Digər yazılar