12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Hüquq müdafiəçisi: Neftçilərin pozulmuş hüquqlarının bərpa olunmasına təcili ehtiyac duyulur…

 Hüquq müdafiəçisi: Neftçilərin pozulmuş hüquqlarının bərpa olunmasına təcili ehtiyac duyulur…
Araşdırılmasına və neftçilərin pozulmuş hüquqlarının bərpa olunmasına təcili ehtiyac duyulur.

YeniZamantv.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi , “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) ictimai birliyinin rəhbəri Mirvari Qəhrəmanlı feyzbuk sosial şəbəkə hesabında yazıb:

Qeyd olunanlar təsdiqini tapdığı halda SOCAR və Azneft İB sahə üzrə məsul şəxslər tərəfindən ARƏM Maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri),Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) pozulmuş olur. 

Problem:
– İşçilərin işdən sonra istirahəti , televizora baxması üçün nəzərdə tutulmuş zalin (25-30 kv m) yataq otağına çevrilməsi
-Yaşamaq üçün nəzərdə tutulmayan,sanitar normalara uyğun olmayan otağa yerləşdirilmiş işçilərin hüquqlarının pozulması ,
Neftçi yazır:
Salam Mirvari xanim! Neft Daşları NQÇİ-nin tabeliyində olan 18-87 saylı özüldə ciddi özbaşınalıq var. Aylardı fəhlələrin istirahət otağı olan ümumi zal fəhlələrin əlindən alınıb qeyri-qanuni yaşayış otağı kimi istifadə olunur. Ömrünün çox hissəsini dənizdə keçirən, ən azından 12 saat işləyən işçi gəlib istirahət otağında televizora baxa bilər.fəhlələrin adi televizora baxmaq hüququ əllərindən alınıb. Buradakı yaşayış bloku işçilərin sayına görə nəzərdə tutulmasına baxmayaraq, otaqların səhv bölüşdürülməsi nəticəsində ( ✅vəzifəsi olanlar özlərinə ayrı otaqlarda xüsusi şərait yaradıblar) fəhlələrə yer çatmır. Buna görə onsuz da ailəsindən uzaqda 15 gün işləyən fəhlə istirahət etmək üçün yer tapa bilmir, telüvizora baxa bilmir. Dünyada gedən prosesləri izləmık bizim də hüququmuzdu. Təəssüf ki, bu hüquq əlimizdən alınıb. Bura işçilərin istirahət otağıdı (təqribən 25-30 kv).
Bu zala 10 nəfər işçi yerləşdiriblər.Ora isə yataq otağı deyil. İşçilərin istirahət otağıdı. Bu işçilərin də bütün veşi geyimi iş geyimi paltarı sumkası hamam ləvazi atları dəsmalı hamısı eyni otaqdadısa , ona görə də otaqlar bu vəziyyətdədir.
Qeyd: şəkillər dünən çəkilib
                 
Paylaşın:

Digər yazılar