23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Rusiya iki saata Ermənistanı götürəcək: Ölkənin adı da dəyişdirilir – Son gəlişmə

 Rusiya iki saata Ermənistanı götürəcək: Ölkənin adı da dəyişdirilir – Son gəlişmə

YeniZamantv.az xəbər verir ki, Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Cümşüd bəy, Fransa və İranın Cənubi Qafqazda rəqiblərinə qarşı birgə hərəkəti müşahidə edilir. Tehranla-Parisi Zəngəzur məsələsində birləşdirən ümumi cəhət nədən ibarətdir?

– İranın gizli siyasətini Fransanın Ermənistandakı keçmiş səfiri açıb ifşa etdi. Məlum oldu ki, Fransa ilə İran müəyyən məsələlərdə əks mövqedə olsalar da, Ermənistan, Zəngəzur mövzularında eyni “hədəf”ə vururlar. Bunun arxasında İranın maraqları dayanır. Həmçinin İranla Rusiya arasında da gizlin razılaşmaların olduğu ortaya çıxdı. İndiki halda Rusiya Ermənistana birbaşa təsir etmək istəmir. Bir çox hallarda Moskva buna edə bilmir. Ona görə də, Ermənistanı bu və ya digər formada “ağıllandırmaq” istəyirlər. Hələlik bu da alınmır. İranın və Ermənistanın müdafiə nazirlərinin görüşündə də bölgəyə kənar qüvvələrin gətirilməməsi ilə bağlı Tehranın mesajı ifadə olundu. Etiraf olundu ki, bölgədə kənar qüvvələr var. Onları bura Ermənistan gətirib. Kənar qüvvələrin bölgədə olması İranın maraqlarına ziddir.

– Tehranın son dövrlər Bakı ilə münasibətlərə, diplomatik əlaqələrin bərpasına yönələn açıqlamaları nəyə hesablanıb?

– Proseslərdə bütün kartlar açıldıqca İran-Ermənistan qarşıdurması gündəmə gəlir. Tehran bu məsələləri daha çox qabartmamağa çalışır. Bu günlərdə İranın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinin bərpası ilə bağlı danışıqların getdiyini açıqladı. Bir ildən çoxdur ki, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb. Tehran vaxtilə pozduğu “3+3” (Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ermənistan) formatına qayıtmaq istəyir. Burada İranın Zəngəzurla bağlı maraqları var. Tehran Ermənistanı sevdiyinə görə, deyil Azərbaycan-Türkiyə yaxınlaşmasından narahat olduğuna görə, müxtəlif gedişlər edir.

– İranın Zəngəzurda hərbi baza açmaq niyyəti ilə bağlı iddialar var. Bölgə dövlətləri sərhədlərində hərbi bazanın qurulmasına necə yanaşacaq?

– Tehranın Zəngəzurda hərbi baza yerləşdirmək niyyəti olsa da buna nail ola bilməyəcək. Çünki Zəngəzur dəhlizi ensizdir və orada heç bir hərbi kontingenti yerləşdirmək mümkün deyil. Eyni zamanda bu, Ermənistanın hazırkı Qərb xəttinə ziddir. Avropa İranın burada hərbi cəhətdən mövqelənməsinə imkan verməyəcək. Burada Azərbaycanla bağlı İranın yaşadığı narahatlıq da əsassızdır. Çünki Tehran Zəngəzur dəhlizinin açılması fonunda onun Bakı ilə əldə etdiyi razılığın gündəmdən düşəcəyini ehtimal edir. Azərbaycan İran üzərindən Naxçıvana çıxış əldə edə bilir. Zəngəzur dəhlizi ilə İran ərazisindən keçən yol arasında 4 km-lik fərq var. Azərbaycanın gələcəkdə artan tranzit imkanları fonunda bu yüklərin tək İran üzərindən daşınması mümkün olmayacaq.

– Rusiya-Ermənistan gərginliyi artıq pik həddə çatır. Rus hərbçilərinin İrəvandakı hava limanından çıxarılması ilə bağlı məsələ qaldırılıb. İrəvan-Moskva qarşıdurması bölgə üçün nə vəd edir?

– Beynəlxalq hüquq normalarına görə istənilən dövlət ikitərəfli müqaviləni pozmaqdan ötürü müraciət etdikdən sonra 6 ay gözləməlidir. Ermənilər ruslara hərbi bazanın çıxarılması ilə bağlı indi müraciət ediblər. Ona görə də, 6 aydan sonra bu məsələ həllini tapa bilər. Bu vaxta qədər Ermənistan gözləməyə məcburdur. Rusiya o vaxta qədər Nikol Paşinyanı devirməyə çalışacaq. Artıq Moskva tərəfindən bildirildi ki, Ermənistanı Ukraynanın taleyi gözləyir. Bütün dünya Ukraynanın arxasında dursa da, onu Rusiyanın əlindən xilas edə bilmirlər. Ermənistanı isə Rusiya iki saata götürə bilər. Üçüncü saata ehtiyac qalmadan rus ordusu Ermənistanı işğal edəcək. Rusiya Dövlət Dumasında hətta Ermənistanın adını dəyişdirib Qərbi Azərbaycan qoymaqla bağlı məsələ müzakirə edilib. Yəni bu dərəcədə Rusiya Ermənistana qarşı hirslidir. Moskva xəyanəti bağışlamır. Ona görə də, İrəvanın cəzası ağır olacaq.

– Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı birmənalı mövqeyi nəyi ifadə edir?

– Ermənistan istəməsə, İran mane olsa da, Zəngəzur dəhlizi açılacaq. Çünki bu artıq dünyanın tələbədir. Dəhliz Rusiyaya, Çinə, Avropaya çıxmaq üçün bütün Asiya ölkələrinə lazımdır. Bu dəhliz ən rahat yol hesab edilir. Avropadan Asiyaya yükləri Zəngəzur dəhlizi ilə 14 gündə çatdırmaq olacaq. Çin burada öz maraqlarını təmin etmək üçün İranı oyundan çıxaracaq. Pekinin Tehran üzərində siyasi təsiri və gücü olduqca böyükdür.

Paylaşın:

Digər yazılar