Həkim-radioloq Aydın Əliyev : “İstanbul” Klinikasının rəhbərliyi məni bu gün işdən çıxardı
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev “İstanbul” Klinikasındakı işindən uzaqlaşdırılıb.
YeniZamantv.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında məlumat yayıb.
“Əziz dostlar! Təhdiddənmi, qorxudanmı? Bilmirəm. “İstanbul” Klinikasının rəhbərliyi məni bu gün işdən çıxardı. Sabahdan işə gəlmə, dedilər. Hanı bəs hüquqi dövlət? İnsanı işdən çıxarmaq bu qədər asanmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?”, – radioloq bildirib.
Xatırladaq ki, bir müddət əvvəl o, feysbuk hesabında paylaşım etdib , həbs olunma ehtimalından yazıb.