Ceyhun Bayramov Hakan Fidanla müzakirə apardı
Brüsseldə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
YeniZaman.az xəbər verir ki, nazirlər ikitərəfli və çoxşaxəli strateji əməkdaşlıq sahələrini müzakirə edib, regional sülhməramlı səylərə toxunublar.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 21-də Belçika Krallığının paytaxtında ilk dəfə keçirilən Nüvə Enerjisi Sammitində iştirak edir. /bakupost.az/