22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qərbi Azərbaycan İcmasında Gənclər Şürasının üzvləri ilə görüş keçirilib

 Qərbi Azərbaycan İcmasında Gənclər Şürasının üzvləri ilə görüş keçirilib
16 mart 2024-cü il tarixində Qərbi Azərbaycan İcmasında Gənclər Şürasının üzvləri ilə görüş keçirilib.
 
 
Tədbiri giriş sözü ilə açan İcmanın Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Ramin Məmmədov təşkilatlanma istiqamətində çox mühüm əhəmiyyət daşıyan bu toplantıda gəncləri salamlayıb və tədbiri açıq elan etmək üçün sözü Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verib.
İdarə Heyətinin sədri Əziz Ələkbərli ötən əsr ərzində Qərbi azərbaycanlıların yaşadıqları deportasiyaları xatırladıb, onların bu gün öz doğma yurdlarına geri qayıdış uğrunda əzmlə mübarizə apardığını vurğulayıb. Sədr bu həqiqətlərin geniş yayılması, tarixi ədalətin öz yerini tapması, Qərbi azərbaycanlıların ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtması uğrunda gənclərin icmaya öz dəstəklərini ifadə etməsi və təşkilatın ətrafında birləşməsini yüksək dəyərləndirib.
Daha sonra çıxış edən Gənclər Şurasının üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolunun çox böyük əhəmiyyət daşıdığını, bununla bağlı onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Şuranın üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək gənclərin doğma torpaqlarımıza qayıdış uğrunda görülən işlərin mühüm komponenti olduğunu, İcma tərəfindən həyata keçirilən tədbirlər və layihələrdə iştiraklarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, Qərbi azərbaycanlılar Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində öz evlərinə qayıtmaq düşüncəsi ilə yaşayır və o günün gələcəyinə inanırlar.
Gənclər Şurasının üzvü, İcmanın Nəzarət-Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Şahin İsmayılov nitqi zamanı Azərbaycan gəncinin hər zaman fəal olduğunu, irili-xırdalı bütün tədbirlərdə gənclərin təkanverici qüvvəsinin əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Deputat Qərbi Azərbaycanla bağlı aparılan işlərdə, tariximizin nəsildən-nəsilə ötürülməsində gənclərin rolunun böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, gənclərlə iş sahəsində öz bilik və təcrübələrini icmanın gənc üzvləri ilə bölüşməyə, onlara fəaliyyət istiqamətləri üzrə konkret dəstək verməyə həmişə hazırdır.
Gənclər Şurasının sədr müavini Amin Tağıyev çıxışında gəncləri bu müqəddəs amal uğurunda və ümummilli məsələdə daha da fəal olmağa çağırıb.
Gənclər Şurasının üzvləri Ramin Həbibzadə, Fariz Cəfərov, Rəna Qafarova, Namiq Muradov, Bayram Aslanov, Ülviyyə Əsgərli, Sevinc Hacıyeva və başqaları öz maraqlı fikir və təkliflərini bildiriblər. Gənclərin sualları ətraflı cavablandırılıb.
Tədbir gənclərin sualları, təklifləri və fikirləri əsasında aparılan interaktiv fikir mübadiləsi ilə davam edib.
YeniZamantv.az xəbər verir ki, Görüşdə Gənclər Şürası tərəfindən Qərbi Azərbaycan rayon İcmalarının gənclərlə iş üzrə məsul şəxslərin namizədlikləri bir daha nəzərdən keçirilib, təsdiqləndi. Namizəd gənclərin fikir və təklifləri dinlənildi.
Aşağıda adları qeyd olunan gənclər Qərbi Azərbaycan İcması Gənclər şurası tərəfindən rayon İcmaları üzrə məsul şəxslər olaraq təsdiqləndilər:
Keşişkənd rayon İcması – Anar İrzaquluyev
İrəvan şəhəri İcması – Lalə Cəfərova
Vedi rayon İcması – Abbas Pənahov
Basarkeçər rayon İcması – Aynur Rüstəmova
Vorontsofka rayon İcması – Sakit Valiyov
Qəmərli rayon İcması – Rəna Qəfərova
Hamamlı rayon İcması – Elnur Həbibov
Axta rayon İcması – Fəridə Qurbanova
Allahverdi rayon İcması – Dilqəm İsmayılov
Amasya rayon İcması – Elvin Babayev
Zəngibasar rayon İcması – Mahinur Qasımova
Qarakilsə rayon İcması – Fuad Heydərli
Barana rayon İcması – Hidayət Qaraca
Böyük Qarakilsə rayon İcması – Famil Fərhadoğlu
Çəmbərək rayon İcması – Sahib Ələsgərov
Qafan rayon İcması – Murad Həsənxanlı
Əştərək,Üçkilsə,Sərdərabad rayon İcması – Məhəmməd Ələşrəfov
Paşalı rayon İcması – İlkin Təhməzov
Meğri rayon İcması – Əvəz Bağırlı
Gorus rayon İcması – Etibar Həsənov
Sonda tədbir iştirakçılarına Qərbi Azərbaycan İcmasının Gənclər Şurası adından hədiyyələr təqdim olundu.
Qərbi Azərbaycan İcması tərəfindən İrəvan Şəhəri Gənclər Təşkilatının sədri seçildiyimə görə qürür hissi keçirirəm. İnşallah çalışacağam bu müqəddəs və şərəfli yolda öhdəmə düşən işi layiqincə yerinə yetirim, mənə verilən ehtimadı doğruldum.
İrəvan şəhəri İcması – Lalə Cəfərova
Paylaşın:

Digər yazılar