KƏLBƏCƏRDƏ SONUNCLANAN “YURD HƏSRƏTİ”
“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin “Yurd Həsrəti” adlı layihəsi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin növbəti müsabiqəsində qalib olub.
Layihənin məqsədi 30 ildən sonra yurduna dönən həmvətənlərimizin uğur hekayələrini təqdim etməkdir. Konkret olaraq Kəlbəcərə gedəcəyi günlə bağlı 5 keçmiş məcburi köçkün ailəsinin timsalında insanın gücünü, iradəsini və ləyaqətini göstərməkdir.
Bununla da insanlarda və cəmiyyətdə gələcəyə ümidlə baxmaq, inanmaq, mübarizə aparmaq, motivasiya hisslərini gücləndirmək, sülhə, əməyə, dinc yaşayışa çağırış etməkdir.
Çəkəcəyimiz sosial çarxların qəhrəmanlarının çox maraqlı həyat hekayələri və gələcək planları var. Sosial çarxda onlarla bərabər bu planların necə qurulduğunu və gerçəkləşməyə doğru necə getdiyinin şahidi olacağıq,
Layihənin nəticəsinə gəlincə, insanlar maariflənəcək, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönməsinə dəstək olacaq, motivasiya yaradacaq, daha çox insan filmin qəhrəmanları kimi ardıcıl zəhmətə uyğunlaşmağa çalışacaq, Vətən sevgisi daha da artacaq.
2013-cü ildən fəaliyyət göstərən “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB sosial, ictimai, milli-mənəvi dəyərlər, sosial media və digər bu kimi mövzularda 20-ə yaxın layihə həyata keçirib.