İrəvanda Putin və Əliyevin agentlərinin kimlər olduğunu bilirik – Paşinyanın partiyası
Biz çox yaxşı bilirik ki, Putin və Əliyevin (Rusiya və Azərbaycan prezidentləri – red.), agentləri kimlərdir – bütöv bir agent şəbəkəsi var.
YeniZamantv. az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Akop Aslanyan NEWS.am-in müxbiri ilə söhbətində deyib.
O, Daşnaksütyununun milli azadlıq mübarizəsini məhv etdiyini, II Əbdülhəmid, “Gənc Türklər”lə və DTK ilə əməkdaşlıq etdiyini bildirib.
Aslanyan onu da əmin edib ki, Ermənistanın indiki hakimiyyəti Əliyevlə dost deyil, sadəcə sərhədləri dəqiqləşdirirlər: “Bunlar fərqli şeylərdir. Biz diplomatik əlaqələr qurmuruq və qardaşlıq sazişləri imzalamırıq”.
Deputat əmin edib ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi Azərbaycanın diktəsi ilə gündəmə gəlməyib.
Onun sözlərinə görə, Ermənistan Konstitusiyası 21-ci əsrin tələblərinə və erməni xalqının arzularına cavab vermir. “Biz Əsas Qanunu elə dəyişdirəcəyik ki, o, həqiqətən erməni xalqının maraqlarına xidmət etsin”, – deyə Akop Aslanyan yekunlaşdırıb. (publika.az)