20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Kreml Ermənistana xəbərdarlıq etdi

 Kreml Ermənistana xəbərdarlıq etdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son günlər Ermənistan hakimiyyətinə iki mesaj göndərirlər. Birinci mesaj bundan ibarətdir ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur. Yəni demək istəyirlər ki, Rusiyadakı ermənilər Ermənistandakı ermənilər kimi düşünmür və Baş nazir Nikol Paşinyanın Qərblə yaxınlaşmaq siyasətindən narazıdırlar. İkincisi, Rusiyada yaşayan ermənilər Ermənistana hər il milyardlarla dollar pul köçürürlər və bu, Ermənistan büdcəsindən çoxdur.

YeniZamantv.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu, Kremlin Ermənistan hökumətinə xəbərdarlığıdır:

“Demək istəyirlər ki, Qərbə yaxınlaşmağa çalışan Ermənistan hökumətinə təzyiq etmək üçün Kremlin əlində güclü maliyyə aləti var.

Moskva Rusiyadakı ermənilərin Ermənistana pul köçürmələrinə qadağa qoysa, qonşu ölkədə iqtisadi vəziyyət ağırlaşacaq. Nikol Paşinyan bu ssenarini nəzərə almaya bilməz. Əslində Moskva bu alətə əl atarsa, bu, Nikol Paşinyanın ABŞ və AB-dən təhlükəsizlik təminat almaq işini asanlaşdıracaq. Çünki bu halda ABŞ və AB Nikol Paşinyan hökumətini Kremlin maliyyə təzyiqindən qurtarmaq üçün Ermənistana maliyyə dəstəyini artıracaq. Ermənistanda keçirilən rəy sorğularında Rusiyaya inam azalıb. Nikol Paşinyanın bu tendensiyanın artmasında maraqlıdır. Bunu Kreml də anlamamış deyil. Ona görə də Kreml pul köçürmələrinin dayandırılması kimi iqtisadi alətləri ən sona saxlayıb”.

 

Paylaşın:

Digər yazılar