23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Bu 4 kəndi Ermənistan ərazisi hesab edən insanları axtarırıq – Simonyan

 Bu 4 kəndi Ermənistan ərazisi hesab edən insanları axtarırıq – Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb.

YeniZamantv.az  xəbər verir ki, Alen Simonyan bu gün parlamentdə jurnalistlərlə söhbətində Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması məsələsinə toxunub.

“İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər. Tavuş sakinləri Ermənistanla Azərbaycan arasında xəttin harada olduğunu bilirlər”, – Simonyan bildirib.

O, hətta Gürcüstana gedən yolda dayanıb hansı ərazilərin Azərbaycana məxsus olduğunu göstərdiklərini də deyib.

Simonyan müxalifətin bununla bağlı gərginlik yaratmağa çalışdığını vurğulayıb.

Ermənistan parlamentinin sədri işğal altında olan 8 kəndlə bağlı Azərbaycanın hərbi əməliyyat keçirəcəyini istisna etməyib.

“Azərbaycanlılar bu barədə açıq danışırlar”, – Simonyan əlavə edib.

Paylaşın:

Digər yazılar