Gürcüstanda iki ardıcıl güclü zəlzələ baş verdi
Gürcüstanın qərbində bu gün iki ardıcıl zəlzələ baş verib.
YeniZamantv.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 17:44-də Raça bölgəsindəki Oni şəhərindən 10 km aralıda 4,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Bir neçə dəqiqə sonra, saat 17:50-də həmin ərazidə 4,2 bal gücündə növbəti zəlzələ baş verib. Birinci zəlzələ 7 kilometr, ikinci isə 10 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə hələ ki, məlumat yoxdur.