20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycanın ilk şəhidinin məzarı TAPILDI – FOTO

 Azərbaycanın ilk şəhidinin məzarı TAPILDI – FOTO

Azərbaycanın ilk iki şəhidindən biri Əli Hacıyevin məzarı tapılıb.

YeniZamantv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tapılan həmin məzar daşının üzərində “Qarabağ hadisələrində həlak olmuşdur” sözləri yazılıb.

Qeyd edək ki, Əli Hacıyev və Bəxtiyar Quliyev 1988-ci ildə Əsgəranda Ermənistanın məkrli planlarına qarşı etiraz edərkən şəhid olublar. Həmin ildə Ermənistanın Azərbaycana qarşı torpaq iddiası başlayıb.

Belə ki, fevralın 21-də Azərbaycanın yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilib.

Belə bir məqamda Qarabağ əhalisi erməni məkrini dayandırmaq üçün səfərbər olub. Minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşıb. Fevralın 22-i səhər saatlarında silahsız azərbaycanlılar Əsgərana doğru hərəkət ediblər. Mitinqçilər sırasında olan Əli ilə Bəxtiyar da haqsızlığa qarşı həmin mübarizədə həlak olan ilk Qarabağ şəhidləridir.

Qeyd edək ki, şəhidlərin yaxınları onların Qarağacı qəbiristanlığında dəfn edildiklərini bildirsələr də, illərdir qəbirləri tapılmırdı.

Paylaşın:

Digər yazılar