20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Minimum pensiya və əməkhaqqı yenə artırılacaq – Sahil Babayev

 Minimum pensiya və əməkhaqqı yenə artırılacaq – Sahil Babayev

Azərbaycanda sosial islahatlar bundan sonra da davam edəcək.

YeniZamantv.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib.

O bildirib ki, sosial sahədə əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz:

“Həyat davam etdikcə yeni çağırışlar ortaya çıxır. Bunu davamlı olaraq həyata keçirməsək geriyə düşəcəyik. Bugünkü rəqəmlərlə qane ola bilmərik. Minimum pensiya və əməkhaqqının artırılması yenə davam edəcək. Hökumətin məqsədi də sosialyönümlü siyasətin davam etməsi, növbəti mərhələdə Azərbaycan vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasıdır”.

Paylaşın:

Digər yazılar