20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycanda casusluğa görə tutulan qadın İranda da həbs edilibmiş – ŞOK DETALLAR (FOTO)

 Azərbaycanda casusluğa görə tutulan qadın İranda da həbs edilibmiş – ŞOK DETALLAR (FOTO)

Xəbər verdiyimiz kimi, Azərbaycanda dövlətə xəyanətə görə tutulan Validə Yusifova barədə toplanmış materiallar Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

YeniZamantv.az-ın məlumatına görə, Validə Yusifova bundan əvvəl İranda 1 il həbsdə qalıb.

O, 2023-cü ilin yanvar ayında Türkiyədən İrana getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və uzun müddət Evin həbsxanasında qalıb, iyulun 16-da isə bu həbsxanadan Astara həbsxanasına köçürülüb.

31 yaşlı Validə Yusifova həbs olunan zamanı sənədlərin tam olmamasında ittiham olunub. Bu ittiham tezliklə dəyişdirilib və müstəntiqlər ona qarşı narkotik ittihamı irəli sürüb.

2023-cü ilin iyununda Tehran İnqilab Məhkəməsində Validə Yusifovanın işi üzrə iclas keçirilib. Hakim Validə Yusifovanın narkotiklə bağlı ittihamlarına bəraət qazandırıb və onu casusluqda ittiham edib.

Validə Yusifova 27 iyul 2023-cü il axşamı azad edilib. Həmin gün İslam Respublikasının ədliyyə məmurları onu Azərbaycan sərhədçilərinə təhvil verib. (modern.az)

Paylaşın:

Digər yazılar