Aydan Xıdırova: “Bu illər ərzində Laçını bir an da olsun unutmamışam”
“Sevincimin həddi-hüdudu yoxdur, bu hissi sözlə ifadə etmək mümkünsüzdür. İllərlə gözlədiyim gün axır ki, gəlib çatdı. Bu gün doğma, əziz Laçına qayıdıram. Bu illər ərzində Laçını bir an da olsun unutmamışam, hər gün xəyalımda canlandırmışam”.
Bu sözləri açıqlamasında doğma yurduna qayıdan Laçın sakini Aydan Xıdırova söyləyib.
“Mən doğulduğum ata evimə qayıdıram və Laçının hər qarşını doya-doya, əzizləyə-əzizləyə gəzəcəyəm”, – deyə o bildirib.