Paşinyan: Rusiya nə deyir-desin…
Rusiya Federasiyası ilə münasibətlərimizdə heç bir səhv etməmişik, tərəfdaşlarımız hansısa yerə işarə edib deyə bilməzlər ki, bizim burada hansısa öhdəliklərimiz olub və biz onları yerinə yetirməmişik.
YeniZamantv.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan partiya üzvləri ilə görüşündə deyib.
“Biz qeyd edə bilərik və qeyd edirik ki, qanuni suallar qaldırırıq və bu qanuni suallara mənalı cavablar gözləyirik. Nə qədər ki, bu suallara cavab verilmir, nə desələr də, məsələni həll etməyəcək”, – o bildirib. /axar.az/